8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün "Azərbaycan dili” fənnindən ikinci imtahan iyunun 10-da keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Sozcu.info-a verilən xəbərə görə, aprelin 22-də keçirilən imtahanda "qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. 1- 27 mart tarixlərində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etməyən cari ilin 9-cu sinif rus bölməsinin abituriyentləri də mayın 18-dən 29-dək kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri 10 iyun tarixində keçiriləcək "Azərbaycan dili” fənni üzrə ikinci imtahanda iştirak edə biləcəklər. Yəni həmin abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər. Kolleclərin müsabiqəsində iştirak etmək üçün 1-27 mart tarixlərində qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 25-dən avqustun 6-dək ixtisas seçimi müddətində qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq.