Arvadını bıçaqladı, özünü dənizə atdı - Bakıda AİLƏ DRAMI

Arvadını bıçaqladı, özünü dənizə atdı - Bakıda AİLƏ DRAMI

 

Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.

Sozcu.info oxu.az-a istinadən məlumatına görə, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəmnində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.

Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisədən sonra Natiq Dədəcanov Səbail rayonunda, Dəniz Vağzalı ərazisində intihara cəhd edib. N.Dədəcanovu Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilas ediblər.

O, ilkin izahatında bildirib ki, hadisə zamanı affekt halında olub və çox peşmandır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti