Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Barat İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət itttihamçısı çıxış edərək B.İsrafilova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, B.İsrafilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
B.İsrafilov mənzil alqı-satqısı ilə əlaqədar külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəllləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, B.İsrafilov 2018-ci ilədək Azərbaycan Kunq-fu Federasiyasının prezidenti olub.