8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Öldürdüyü qadın onun ögey bacısı olub.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmdə göstərilib ki, Vəli Behbudovda qətli törətdikdən sonra xroniki psixi xəstəlik, kəmağıllıq və psixi xəstəlik yaranıb.
Buna görə də onun barəsində məcburi müalicə qərarı çıxarılıb və 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilib. Məhkəmə istintaqı V.Behbudovun səhhəti normallaşana qədər dayandırılıb.
İttihama görə, hadisə ötən ilin fevral ayında "28 May" qəsəbəsi ərazisində baş verib. 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının meyitləri tapılıb. Oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirilib.
Polis əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin ogey qardaşı, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.
İlkin araşdırma zamanı məlum olub ki, 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevinc boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.
Bundan əsəbiləşən V.Behbudov S.Muradzadəni götürərək İ.Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra Nərimanov Rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.
Məhkəmədə mərhumun hüquqi varisi, qətlə yetirilən İlkin Məmmədovun anası ifadə verib. O bildirib ki, Vəli Behbudovun əvvəllər psixoloji problemi olmayıb.
"Gəlinimin qohumları deyirlər ki, guya mənə görə ayrılıblar, amma niyə boşanmaq üçün ərizə verildiyini özləri yaxşı bilir"- deyərək ortada xəyanət olmasına işarə edib.
Qeyd edək ki, V.Behbudova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.