Abşeronda oğul anasına çoxsaylı bıçaq zərbələri endirib

 

Abşeron rayonunda oğulun anasına çoxsaylı bıçaq zərbələri yetirib onu öldürməyə cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

K.Zeynalov bildirib ki, yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevanın bıçaqlanması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Səlmirə Nəqiyevanın oğlu – 1996-cı il təvəllüdlü Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla S.Nəqiyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Nazim Nağıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda S.Nəqiyevanın vəziyyəti ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicəsi davam etdirilir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}