8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsə hökm oxunub. O, içkili olan qonşusunu bıçaqlayıb.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Aqil Xanbabayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Aqil Xanbabayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cəza təyin edilib.
Elan edilmiş hökmdə göstərilib ki, Aqil Xanbabayev zərərçəkmiş Gülməmməd Əhmədovla barışıb.
Xanbabayevin yaxınları tərəfindən Gülməmməd Əhmədovun müalicəsi üçün çəkilən xərclər qarşılanıb.
Aqil Xanbabayevin əməlini yüngülləşdirən hal kimi nəzərə alınıb ki, cinayət hadisəsi Gülməmməd Əhmədovun qanunsuz əməlləri nəticəsində baş verib.
Belə ki, Gülməmməd Əhmədov toydan qayıdan zaman içkili olub. Qonşusu Aqil Xanbabayevlə yolda rastlaşıb və onu təhqir edib. Məlum olub ki, Gülməmməd daha əvvəllər də içkili vəziyyətdə olan zaman qonşusunu təhqir edib, aralarında mübahisələr yaranıb.