Azərbaycanda şok olay: gənc oğlan yetkinlik yaşına çatmayana təcavüz etdi — TƏFƏRRÜAT

Azərbaycanda şok olay: gənc oğlan yetkinlik yaşına çatmayana təcavüz etdi

 

Balakən rayonunda yektinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli hərəkətlər edilib.

 

Sozcu.info-un əldə etdiyi məlumata görə, rayon sakini Borboşov Teymur Mahama oğlu yetkinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli hərəkərlər edib, onunla qeyri təbii yolla cinsi əlaqədə olub.

 

Məlum olub ki, Teymur Borboşov zərərçəkmişə xəsarət yetiriməklə də intim əlaqədə olub.

 

Daha sonra o, zərərçəkmişi öldürməklə hədələyib.

 

İstintaq orqanı tərəfindən Teymur Borboşovun barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına xəsarət yetirmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

 

İstintaq davam edir.

 



Oxşar Xəbərlər

Xəbər lenti