8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, qəsdə adam öldürməkdə ittiham edilən Nicat Məmmədovun cinayət işi üzrə ibtidai isitntaq başa açtıb.
İş araşdşrılması üçün Bakı Ağır Cianyətlər Məhkəməsinə göndərilib. Proses hakim Azad Məcidovun sədrliyi ilə baş tutacaq.
Məlum olub ki, Nicat Məmmədova qarşı 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülb. Bu ittihamla onu 14 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Xatırladaq ki, Nicat Məmmədov ötən ilin sonlarında həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib.
Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
34 yaşlı Nicat "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış.
Həmin vaxt Nicat Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub.
Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Nicat Məmmədovla həyat yoldaşı Leyla Məmmədova arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində Nicat Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.
Bu vaxt Nicat Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.