Qazaxıstanda azərbaycanlı biznesmen güllələndi

 

Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib.

APA-nın mərhumun yaxınlarına istinadən verdiyi xəbərə görə, hadisə Qazaxıstanın Qostanay şəhərində baş verib. Zərdab rayon sakini, 50 yaşlı Çingiz Muxtar oğlu Əhmədov güllənərək qətlə yetirilib.

Məlumata görə, uzun müddətdir ki, qətlə yetirildiyi şəhərdə yaşayan Ç. Əhmədov müxtəlif yüksək vəzifələrdə çalışıb. Son vaxtlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.

Mərhumun meyiti doğulduğu rayona gətirilərək dəfn olunub.



Oxşar Xəbərlər

Xəbər lenti