Mədəniyyət nazirinin sabiq müavininə 8 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sozcu.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramova son söz verilib.
Sonuncu özünü qismən təsirli bildiyini deyib:
“İstintaq müddətində Mədəniyyət Nazirliyinin fəaliyyəti yoxlanılıb və aydın olub ki, mənim imza səlahiyyətim olmayıb. Son nəticədə görünüb ki, adımda heç bir yeyinti yoxdur. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur.
Özümü qismən təqsirli sayıram. İşdə müəyyən diqqətsizlik və nöqsanlarım olub. Buna görə Cənab Prezidentdən üzr istəyirəm. Xahiş edirəm qərar verərkən, himayəmdə 3 azyaşlı uşaq olduğunu və həyat yoldaşım xərçəng xəstəsi olduğunu nəzərə alasınız”.
Daha sonra məhkəmə müşavirəyə yollanıb. Məhkəmə tərkibi müşavirədən qayıtdıqdan sonra hökm elan olunub.
Hökmə əsasən, Rafiq Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Oxşar Xəbərlər

Xəbər lenti