Yasamalda 59 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb.
Bu barədə Sozcu.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyini "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Talıbov Telman Yaqub oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Oxşar Xəbərlər

Xəbər lenti