Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Qazaxıstanda hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
Aksiyalar mühacir bankir Muxtar Ablyazovun dəstəyi ilə baş tutub.
Ən böyük aksiyalar Alma-Atı şəhərində olub. Şəhərin mərkəzində 100-dən çox şəxs toplanıb. Polis bu aksiyada 70 nəfərdən etirazçını saxlayıb.
Astanada keçirilən mitinqdə etirazçılara qarşı güc tətbiq olunub. Aktobe şəhərində də bir neçə etirazçı polis tərəfindən saxlanılıb.
Etirazçılar aksiyalarda insan haqlarına əməl edilməsini və siyasi məhbusların azadlığa çıxarılmasını tələb ediblər/Axar.az.