Bakıda 31 yaşlı oğlan nişanını qaytaran sevgilisini öldürdü

 

Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.

Sozcu.info "Report"a istinadən  məlumat verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı-1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

N.Məcidov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti