DİN 14 yaşlı qızın anası tərəfindən oğurlanması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sozcu.info-un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar araşdırılır.
“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Musatafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Musatafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.


Oxşar Xəbərlər

Xəbər lenti