Metroda soyğunçuluq: Qadının telefonunu əlindən aldılar

Yanvarın 22-də saat 18 radələrində metronun Sahil stansiyasında qatarda bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-dən Sozcu.info-a verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun Koroğlu stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti