Bakıda "parkovşik"lərə qarşı reyd - 35 nəfər saxlanıldı

Yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.
Bu barədə Sozcu.info-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib.“Yol polisi tərəfindən qanunsuz parklanması ilə əlaqədar reydlər davam etdirilir”, - DYP rəsmisi vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti