Qaynana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar

 

Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.

"Report”un məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ. qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti