AVROPA MƏHKƏMƏSİ ELDAR HƏSƏNOVLA BAĞLI QƏRARINI ELAN ETDİ
- Hansı qənaətə gəliinib?
Tacikistan Prezidenti Azərbaycan parlamentinin sədrini qəbul edib
Ermənistan Zəngəzur dəhlizinə razı olmasa...
- Cənubi Qafqazın YENİ QURULUŞU / VİDEO
Deputat Elnarə Akimova vətəndaşlarlın müraciətlərini dinləyib
-Fotolar
Əziz Əzizov Vətən Müharibəsi qazisi Orxan Həsənovu doğum günü münasibətilə ziyarət etdi
-Fotolar
İcra başçısının müavininə hücum edildi -
Rəsmi açıqlama
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ
"Bakıxanov-
Çörək" zavodu direktoru əcnəbiləri qanunsuz işlədir…..
Sumqayıt sakini maaşının qanunsuz olaraq kəsildiyini iddia edir -
ŞİKAYƏT
Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədova HÖKM OXUNDU
AZƏRBAYCANDA ŞOK OLAY -
Məhkəmənin qərarı ilə sağ adam "ölü" hesab edildi
Azərbaycanlı kapitanın gəmisindən 4 ton KOKAİN ÇIXDI -
DETALLAR
Əvvəlki
Sonrakı
İsrail Türkiyəyə hücum edəcək?
- Prezidentdən açıqlama
Dünən, 21:30
İSRAİL CENİN ŞƏHƏRİNİ ƏLƏ KEÇİRDİ
7-10-2024, 10:03
Livan İsrailə raket zərbələri endirib
4-10-2024, 10:23
Şanlı və müqəddəs tarixin başlanğıc günü
27-09-2024, 11:44
Zəfər adı xalqımıza çox yaraşır
19-09-2024, 00:17
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“OTAĞIMDA YEYİB-İÇƏN BİR SƏNSƏN, BİR DƏ ƏLİ İNSANOV OLUB...” –
“Dedi ki, 3 milyon manat verməlisən”
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən bir neçəsi media nümayəndələrinin açıq məhkəmə prosesində iştiraklarına yaradılan maneələrin aradan qaldırılmasını, prosesin qanunlar çərçivəsində keçirilməsini tələb ediblər.
Prosesdə zərərçəkmiş
Əfsəl Həsənəliyev
yenidən söz istəyib. O, əmlakının bank tərəfindən əlindən alınmaq üzrə olduğunu diqqətə çatdırıb:
"Məni qanunsuz olaraq həbs edib çox ağır vəziyyətə salıblar. Qanunsuz olaraq 5 ay həbsdə saxlamaqla məndən külli miqdarda pul tələb ediblər. Evimi “Unibank”a girov qoyub külli miqdarda kredit götürüb, MTN-dəki cinayətkar quldur dəstəyə vermişəm. İndi də bank pulu istəyir. Evimə icra vərəqəsi göndəriblər ki, evdən çıx".
O, Zakir Qaralov və Rüstəm Usubovun da bu iş üzrə istintaqa cəlb edilməli olduğunu deyib. Ə. Həsənəliyev təqsirləndirilən şəxslərin cəlbetmə müddətinin bitmək üzrə olduğunu söyləyib:
"Siz isə tezbazar məhkəməni bitirmək istəyirsiniz. Məsələ sonuna qədər, ədalətlə araşdırılmalıdır".
Bundan sonra zərərçəkən qismində tanınan
Rəhman Sahib oğlu Musayev
sərbəst ifadə verib. O, iş üzrə həm də dünyasını dəyişmiş valideynlərinin hüquqi varisidir.
Rəhman Musayev sərbəst ifadəsində bildirib ki, 2011-ci ildən etibarən Mavriki adalarında yerləşən “İnreaceos Payment” adlı şirkətin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialının müdiri olub. Şirkətin əsas fəaliyyəti Azərbaycanda investisiya qoyuluşu məsələlərini planlaşdırmaqdan ibarət olub. Şirkətin ofisi “Babək Plaza”da yerləşib.
"Filial təzəcə təşkil olunmuşdu və hələ işçilər yox idi. Mənim “AGBank”, “Bank Standard”da şəxsi hesablarım olsa da, filial üçün hələ hesablar açmamışdım. Anamın adına “Spare Limited” adlı, Mavriki şirkətinin filialı fəaliyyət göstərirdi. Lakin təsisçinin kim olması barədə məlumatsız idim. 29 fevral 2012-ci ildə səhər saatlarında evimizə MTN əməkdaşları basqın elədi. Onlara müstəntiq Kənan Əliyev rəhbərlik edirdi. Evdə axtarış aparmağa başladılar. Qızıl-zinət əşyalarını, ətirləri, bütün sənədləri, şirkətlərə aid olan bank çıxarışlarını, 8 min 400 manat pulu, firmaların möhürlərini, evdə olan plastik kartları, kompyuterləri, yaddaş kartlarını, anamın adına olan Yeni Yasamalda 4 otaqlı evin mülkiyyət hüququnu təsdiq edən çıxarışı, Aşıq Alı kücəsində yerləşən “Şəhər bağları” yaşayış kompleksində olan mənzilin orderini götürdülər. Məni isə MTN-nə aparıb müstəntiq Sahib Ələkbərovun iş otağına qaldırdılar. Sahib Ələkbərov məni görən kimi dedi ki, guya hansısa haker qrupunun rəhbəriyəm. Dediyi işlərdə əlimin olmadığını deyəndə Sahib Ələkbərov “səhər yeməyini Londonda, naharı Nyu Yorkda edəndə bilmirdin ki, buraya düşəcəksən” sualını verdi. Dindirəndə məktəb yoldaşım Elçinin adını çəkdilər. Dedim ki, mənim heç bir haker qrupu ilə işbirliyim yoxdur. Məndən 1 milyon manat istədi. İstədikləri pulu verə bilmədiyim ücün məni həbs etdilər. Bir qadını də gətirib dedilər ki, bu sənin vəkilindir. Vəkilə etiraz elədim. Növbəti gün valideynlərim vəkil Natiq Mustafayevlə müqavilə bağladılar və o, mənə vəkillik etməyə başladı".
Rəhman Musayev deyib ki, həbsinin ilk günlərindən hazırda təqsirləndirilən statusunda olan, o zaman MTN-də müstəntiq işləyən Sahib Ələkbərov onunla dəfələrlə pul söhbətləri aparıb: "
Sahib Ələkbərov mənimlə görüşlərdə Mövlam Şıxəliyevin və nazir Eldar Mahmudovun adından danışaraq böyük məbləğlərdə pullar tələb edirdi. Məni 18 mart 2012-ci ildə şöbə rəisi Vüsal Ələkbərovun iş otağına apardılar. Vüsal dedi ki, “sən şəhər yol polisi idarəsinin rəis müavini Eyvazla dostsan, o da mənim arvadımın qardaşıdır, qaynımdır sabah buraya yeyib-içməyə gələcək, oturub onunla birlikdə söhbət edərik”.
Mən Eyvaz Şahbazovla tanış idim. Maşınımı cərimə meydançasına aparmışdılar.O zaman şikayətimlə əlaqədar Respublika DYP-də olanda Eyvazla tanış olmuşdum. Yaxın münasibətimiz yaranmışdı. Tez-tez görüşürdük. Növbəti gün Sahib Ələkbərovun iş otağına gedəndə orada stolun üstündə kabab, paxlava, şirələr vardı. Sahib Ələkbərov
“1 milyon dollar versən, səni buraxarıq, gedərsən”
dedi.
“Mənim günahım yoxdur”
dedim, Sahib Ələkbərov da əsəbiləşdi. “Nazirin xəbəri olmadan buraya heç kim gətirilmir, mənim iş otağımda yeyib-içən bir sənsən, bir də Əli İnsanov olub! Bu rəhbərliyin göstərişidir, pul verməlisən” dedi. Bu qədər pulumun olmadığını, Sahib Ələkbərova
100 min dollar
verə biləcəyimi dedim. Sahib Ələkbərov özündən çıxdı, “mən sənə serjant deyiləm, polkovnikəm, lazım olsa, səni 9 ay saxlayaram, 3 vəkil tutubsan, deyəsən pulun çoxdur, amma onların xeyri olmayacaq, biz istədiyimizi edirik” dedi. Bir azdan Vüsal Ələkbərov gəldi, məni kameraya qaytardılar".
Rəhman Musayev deyib ki, 2 həftə sonra onu yenidən Sahib Ələkbərov öz iş otağına çağırıb:
"Bu dəfə SMS yazışmalarımı mənə göstərdi. Yenə də pul istədi. 150-200 min dollar düzəldə biləcəyimi dedim.Təklif elədim ki, 200 min dollar, həbsdən çıxandan sonra şirkətinin gəlirlərinin 25 faizini onlara verim. Təki şirkətin işi dayanmasın. Sahib Ələkbərov razı oldu. Dedi ki, bir həftəyə qədər mənə bir xəbər deyəcək. Mərhum vəkilim Natiq Mustafayevlə görüşdə “pul söhbəti ailə üzvlərinizlə də olub, indi sənin fikrini atan, anan bilmək istəyir” dedi. Mən də vəkilə dedim ki, “nə pul söhbəti edirlər etsinlər, təki məni azadlığa buraxsınlar”. Sonradan bildim ki, Vüsal Ələkbərovun atamdan Eyvazın vasitəsilə 400 min dollar tələb edib. Vüsal Ələkbərov həmçinin Eyvaz vasitəsilə atama xəbər göndərib ki, “Rəhman vəkillər otağında ağzına gələni danışmasın, orada görüntülər və danışıqlar qeydə alınır”. Bunun ardınca isə evlərimizin və avtomaşınlarımızın sənədlərinin qaytarılması müqabilində Sahib Ələkbərov atamdan şəxsən 15 min manat almışdı. Atamın “Kubinka”da olan dədə-baba mülkünün, Yeni Yasamalda yerləşən mənzilinin, 1988-ci ildə atasına və anasına verilmiş torpaqların sənədlərini və “Porshe Cayenne” markalı avtomaşını qaytarsa da, “Şəhər Bağları” sahəsindəki mənzilin, Novxanıdakı bağ evinin, bir torpaq sahəsinin sənədlərini və “Land Cruiser” makralı avtomaşını onlara qaytarmadı. Növbəti vaxtlarda valideynlərimlə razılaşdıqları kimi Yasamaldakı mənzilin satılmasına razılığa dair etibarnamə verdim, həmin mənzili atam 80 min manata satmışdı. Atam ümumilikdə 177 min manat düzəldib Sahib Ələkbərova vermişdi. Sahib Ələkbərov pulu alan gün məni öz otağına gətirtdi. Anamla telefonla danışmağa şərait yaratdı. Otaqda tanımadığım bir adamın yanında qoyub harasa getdi. Qayıdanda Sahib Ələkbərov mənə “pulu aldım, amma mənə buradan çox az pul çatacaq” dedi. Növbəti günlərin birində məni xəstəliyimlə əlaqədar həkimə apardılar. Həkim müayinəsindən sonra mənim həbsdə saxlanılmağımın qeyri-mümkün olması barədə ekspert rəyi aldılar. Atamdan ekspertizaya görə də 10 min manat əlavə pul almışdılar. 30 dekabr 2012-ci ildə Sahib Ələkbərov məni azadlığa buraxdı".
Zərərçəkən deyib ki, həbsdə ola-ola anası və atası barəsində də cinayət işi başlanıb. Anası rəhmətə getdiyindən barəsindəki cinayət işi xitam verilib. Bundan sonra zərərçəkmiş şəxs qismində
Müsənnif Salahov
isfadə verib. O, 2003-cü ilin mayından “Texnibank” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyib. 2012-ci ilin martında həmin bankın Müşahidə Şurasının sədri Etibar Əliyev həbs olunduqdan bir neçə gün sonra bir qrup MTN əməkdaşı Sumqayıt filialına gəlib:
"Dedilər ki, filialın 6 aylıq fəaliyyəti yoxlanılacaq. Axtarış apardılar. Filialın bütün maliyyə sənədlərini götürdülər məni də MTN-nə apardılar. Lakin Nazirliyin giriş qapısında gec olduğuna görə buraxılış vərəqəsinin yaza bilmədilər. Ona görə də məni evə buraxdılar. Növbəti gün məni əvvəlcə MTN-də Nadir adlı müstəntiq qəbul etdi. Məni istintaq qrupun rəhbəri Vüsal Ələkbərovla rəis müavini Təhsin Ağayevin yanına apardılar. Təhsin Ağayev Vüsalın yanında mənə “Etibar Əliyev bankı yeyib-talayıb, sən nə qədər pul verirdin Etibara” sualını verdi. Mənə “bilirsən də hara düşmüsən, çıxmaq üçün 3 milyon manat verməlisən” dedi. Mən də gülərək o qədər pul görmədiyimi bildirdim. Təhsin Ağayev bankın tutulmuş əməkdaşlarını nəzərdə tutaq “hara gəlib düşdüyünü bilirsən, verməsən, onların dalınca sən də “içəri” girəcəksən” dedi. Vüsalla otaqdan çıxdıqdan sonra “nə qədər səni həbs etməmişəm, sənə sözümüzü dedik, get pulu tap gətir, yoxsa o birilərin dalınca səni də “içəri” salacam” deyib məni müstəntiq Nadirin yanına göndərdi. Nadir mənə Etibar Əliyevə filialın kassasından sonuncuya rüşvət kimi pul verib-verməyimlə əlaqədar suallar verdi. Bundan sonrakı iki həftə müddətində Təhsin Ağayev və Vüsal Ələkbərov mənə dayanmadan zəng edib pulu tələb edirlər. Təhsin Ağayev və Vüsalın zənglərinə və psixoloji təzyiqlərinə tab gətirməyib əsassız yerə həbs olunacağımdan qorxdum. Buna görə də məcbur olub bacanağım Qəzənfər Hüseynovdan 150 min manat aldım. 50 min manatıda evimdə olan qızıl-zinət əşyalarını satmaqla topladım. MTN-nin binasına getdim. Vüsala zəng edib gəldimi dedim. Məni Təhsinin otağına apardılar. 200 min manatı ona verdim. Həmin vaxt Vüsal da otaqda idi. Əlavə olaraq Təhsinə başqa pulumun olmadığımı bildirəndə Vüsal mənə “min dənə obyektin var, get sat gətir pulu ver, milyonlar qazanırsınız” dedi. Çox yalvardıqdan sonra Təhsin sonda 600 min manat verəcəyim halda həbs etməyəcəklərinə söz verdi. Bir həftə sonra qalan pulu düzəldə bilmədim. Yenidən Təhsin Ağayev və Vüsal Ələkbərov zəng edib pulun hazır edib-etmədiyimi soruşurdular. Mən də pulu hazır edə bilmədiyini dedim. Məni MTN-nə çağırdılar, Vüsal Ələkbərov məni qəbul edərək Təhsinin yanına apardı. Təhsin məndən tələb etdiyi 600 min manatı vermədiyim üçün əvvəlcədən verdiyim 200 min manat da qaytardı. Pul Təhsinin otağındakı seyfdə verildiyi paketin içində idi. Pula dəyilməmişdi. Qorxuya düşdüyüm üçün tələb olunan pulun qalanını axtarmağa başladım. Müxtəlif adamlardan, qohumlarımdan, dostlarımdan pulu düzəldib Təhsinə verdim. Onlar dedilər ki, pulu rəislə razılaşdıracalarını, qiymətlə bağlı qərarın onun verəcəyini bildirdilər".
Proses mayın 17-nə qədər təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, Mövlam Şixəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Oxşar Xəbərlər
GENERALIN MƏHKƏMƏSİNDƏ QARALOV VƏ USUBOVA İTTİHAMLAR -
Bankdan kredit götürüb MTN generallarına verən zərərçəkən mənzilindən çıxarılır -Foto
General Mövlam Şixəliyevin məhkəməsinə jurnalistlər buraxılmadı
Generalın mülkləri: Həyat yoldaşının, qızının, oğlunun...
Xəbər lenti
"ONLAR MƏNİM QƏTLİMİ SİFARİŞ EDİBLƏR...” -
Kadırov iki deputata və bir senatora “qan davası” elan etdi
AVROPA MƏHKƏMƏSİ ELDAR HƏSƏNOVLA BAĞLI QƏRARINI ELAN ETDİ
- Hansı qənaətə gəliinib?
Tacikistan Prezidenti Azərbaycan parlamentinin sədrini qəbul edib
İsrail Türkiyəyə hücum edəcək?
- Prezidentdən açıqlama
SON DƏQİQƏ: Televiziya kanalına yeni rəhbər təyin olundu
-foto
Ermənistan Zəngəzur dəhlizinə razı olmasa...
- Cənubi Qafqazın YENİ QURULUŞU / VİDEO
Deputat Elnarə Akimova vətəndaşlarlın müraciətlərini dinləyib
-Fotolar
Əziz Əzizov Vətən Müharibəsi qazisi Orxan Həsənovu doğum günü münasibətilə ziyarət etdi
-Fotolar
İcra başçısının müavininə hücum edildi -
Rəsmi açıqlama
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ
"Bakıxanov-
Çörək" zavodu direktoru əcnəbiləri qanunsuz işlədir…..
Sumqayıt sakini maaşının qanunsuz olaraq kəsildiyini iddia edir -
ŞİKAYƏT
SON DƏQİQƏ!
İranda dəhşətli PARTLAYIŞ: Yaralananlar var
Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədova HÖKM OXUNDU
Bu ərazidə də ödənişli parklanma sistemi tətbiq edildi
AZƏRBAYCANDA ŞOK OLAY -
Məhkəmənin qərarı ilə sağ adam "ölü" hesab edildi
Azərbaycanlı kapitanın gəmisindən 4 ton KOKAİN ÇIXDI -
DETALLAR
Bu hərbçilərin maaşları dəyişdi -
Baş nazir qərar imzaladı
Yarım milyon sənədsiz evin taleyi necə olacaq?
Zaxarova:
"MDBMİ-nin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyev də
960-cı gün:
Rusiyanın itkiləri yeniləndi
Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
“Respublikanski”də hərbçimizin başına oyun açdılar -
Həyat yoldaşı ölüm ayağında
AzTV-nin keçmiş müxbirindən külli miqdarda
dələduzluq
Polis zabitinin həlak olduğu yerdən görüntülər -
VİDEO
Prezidentdən “Pre-COP29”un iştirakçılarına müraciət
Bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq
Bakıda Pre-COP29 başladı
Beyləqan RİH-nin başçısı Əziz Əzizov növbəti vətəndaş qəbulu keçirib
-Fotolar
QUBA MEŞƏLƏRİ TƏHLÜKƏDƏ! QANUNSUZ QIRILMALARIN GENİŞLƏNMƏSİ: ELVİN BAXIŞOV AĞACLARI NİYƏ MƏHZ GECƏLƏR DOĞRATDIRIR?
-Fotolar
Prezident İlham Əliyev:
COP29-un uğurla keçəcəyinə ümidvaram
Sabah 30 dərəcə isti olacaq -
HAVA PROQNOZU
SON DƏQİQƏ:
İran BU TARİXDƏ vurulacaq
Süni ağardılan QƏND, saxta DÜYÜ – Partlayış baş verən “Bolluq” MMC ilə bağlı
SENSASİON iddialar
Müğənnilər şikayət etdi -
Mədəniyyət Nazirliyi araşdırmalara başladı
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır... “
Pensiya alanların nəzərinə!
Azərbaycanlı iş adamı belə güllələndi -
VİDEO
İlham Əliyev qəbullar keçirdi -
Nəcməddin Sadıkov uzun müddət sonra göründü -
FOTO
Lukaşenko Gürcüstana hansı təklifi edib?
Bakıda müğənni bıçaqlandı -
Yenilənib
Gürcüstan Avropaya rədd cavabı verdi və Rusiyaya qarşı addım atmadı
Qazinin pensiyasını "yeyən" XŞTMF-nin direktoru Şahin Əliyevin və müavini Eldar Qurbanovun cinayət işi Ali Məhkəmədə
Bakıda BEŞ MİLYONLUQ əməliyyat:
"TOST"un başçılarından biri ələ keçdi
Prezident İlham Əliyevdən Hadrutun azad edilməsinin dördüncü ili ilə bağlı
Paylaşım
Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat verilə bilər -
AÇIQLAMA
13 yaşlı qız bacılarını qətlə yetirib, parka gəzməyə getdi
VİDEO
Rusiya ordusuna qoşulmuş Lənkəran sakini həlak oldu
Üçtərəfli görüşdən Paşinyan imtina edib -
PRİZMA
İnəklərin altında kimliyi yatanlar
MÜSAHİBƏ
1
2
3
4
5
6
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏCİLİ! Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü -
Rəsmi xəbər
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
TƏHLİL
AVROPA MƏHKƏMƏSİ ELDAR HƏSƏNOVLA BAĞLI QƏRARINI ELAN ETDİ
- Hansı qənaətə gəliinib?
SOSİAL
1
2
3
4
5
6
Deputat Elnarə Akimova vətəndaşlarlın müraciətlərini dinləyib
-Fotolar
Bu ərazidə də ödənişli parklanma sistemi tətbiq edildi
Yarım milyon sənədsiz evin taleyi necə olacaq?
Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
Bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq
Beyləqan RİH-nin başçısı Əziz Əzizov növbəti vətəndaş qəbulu keçirib
-Fotolar