Azərbaycanda yüksək vəzifəli şəxs saxlanıldı -FOTO


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

"Report" xəbər verir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.

O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.

Baş Prokuorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.



Oxşar Xəbərlər

Xəbər lenti