8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Tağı Quliyevin səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Belə ki, heç bir hüquq təhsili olmadığı halda özünü vətəndaşlara hüquq məsləhətçisi kimi tanıdan Tağı Quliyevin bəzi vətəndaşları aldadaraq maddi maraq müqabilində onların adından qərəzli məzmunda ərizə və müraciətlər yazdığı, daha sonra isə inzibati orqan, idarə və təşkilatlara gedərək həmin qərəzli müraciətləri dayandıra biləcəyini, bunun müqabilində isə qanunsuz tələblər irəli sürdüyü müəyyən edilib”.
Sozcu.info xəbər verir ki, bu barədə Lənkəran polis şöbəsindən rayon sakini T.Quliyevin Hurriyyet TV-dəki açıqlamasına verilən münasibətdə bildirilir.
“Onun inzibati qaydada həbs olunmasına gəldikdə isə, T.Quliyevin Vətən müharibəsi şəhidinin atası barədə onun qohumun adından müxtəlif inzibati orqanlara qərəzli müraciətlər ünvanladığı, nəticədə şəhidin atası ilə arasında yaranmış mübahisə zamanı ona qarşı nalayiq ifadələr işlətdiyi ilə bağlı Astara RPŞ-yə müraciət daxil olub. Həmin müraciətlə əlaqədar şöbəyə dəvət edilən T. Quliyev polis əməkdaşlarına qarşı da nalayiq ifadələr işlədib və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb. Bununla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib. Əvvəllər məhkum olunmuş T.Quliyev müxtəlif vətəndaşların adından onların xəbəri olmadan qərəzli müraciətlər ünvanlaması, ətrafdakılara qarşı kobud və aqressiv davranışları ilə bağlı dəfələrlə Astara RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilib. Hüquqları barədə onunla izahedici söhbətlər aparılmasına baxmayaq o analoji davranışlarını davam etdirməkdədir”, - deyə vurğulanır.
Hurriyyet.az