Bakıda 1,5 milyon manatlıq dələduzluqda təqsirləndirilən polisə bəraət verilib


Bakıda 1 milyon 500 manatlıq dələduzluqda təqsirləndirilən polis əməkdaşı Elvin Həşimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elvin Həşimli barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, İstintaq orqanı tərəfindən Elvin Həşimlinin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Elvin Həşimlinin barəsində şəriki Möhkəm Səmədovun şikayəti əsasında cinayət işi açılıb. Möhkəm Səmədov 2020-ci ilin əvvəlində onun barəsində şikayət edib və 1 milyon 500 min dollar pul borcu olduğunu qeyd edib.

Onu da qeyd edək ki, Elvin Həşimli Xətai rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsində çalışıb. Həmçinin o, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.



Oxşar Xəbərlər

Xəbər lenti