8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Bütün Tovuz bilir ki, Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurmaqla onu öldürən Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi Mamedin oğlu Anardır. Amma Anarın əvəzinə mənim oğlumu tutub təzyiq göstərirlər ki, cinayəti boynuna götürsün!” – bu sözləri Musavat.com-a Tovuz sakini Xəqani Əhmədov deyib. Onun sözlərinə görə hazırda oğlu Vüsal Əhmədov cinayətdən dolayı Tovuz Polis Şöbəsində saxlanılır. Şikayətçi iddia edir ki, onun oğlu hətta işgəncəyə də məruz qalıb. Xəqani Əhmədov iddia edir ki, oğlunun cinayəti boynuna alması üçün onun özünə də təzyiq göstəriblər:
“Halbuki ortada video da var. Açıq-aydın görünür ki, Mamedin oğlu Anar “Niva”dan düşüb Nizaminin üstünə qaçır və ona bıçaqla zərbələr vurur. Mənim oğlum da sonradan gəlib onları aralamaq istəyir və oğluma da bıçaq zərbələri dəyib”.
Qətlə yetirilən şəxs fotoda sağdakıdır
Xəqani Əhmədovun sözlərinə görə baş vermiş cinayətdən sonra hadisə yerindən 2 bıçaq tapılıb: “Hadisədən sonra oğlum xəstəxanada idi. Onu xəstəxanadan polisə apardılar. Biz də polisə getdik. Orada Vüsalın həyat yoldaşını da saxladılar. Anar oğluma deyib ki, narahat olma, biz səni qurtaracağıq. Vəkilimiz də məsələ qaldırdı ki, ortada iki bıçaq var. Birində Nizaminin, o birində isə Anarın əl izləri var. Təsdiqlənir ki, hadisə 2 nəfərin arasında olub. Bundan sonra gedib bir bıçağı da işə əlavə elədilər. Mamedin oğlu Anar da ifadə verib ki, guya oğlum izi itirmək üçün bıçağı aparıb kolluğa atıb. Kolluğun yerini də polisə göstərib. Biz daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciət edirik ki, bu işi nəzarətə götürsünlər və obyektiv araşdırma aparılmasını təmin etsinlər. Ombudsman Səbinə Əliyevadan da xahiş edirik ki, Tovuz Polis Şöbəsində saxlanılan oğlum Vüsal Əhmədova baş çəksin.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, vətəndaş bütün şübhələrini istintaqa deməlidir: “O ki qaldı döyülmə və işgəncə ilə dediklərinə, bunlar uydurmadır. Heç kəs döyülməyib, döyülə də bilməz. Əməliyyat-istintaq hərəkətləri tam olaraq qanuna müvafiq qaydada keçirilir. Həmin faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Vətəndaşın döyülməsi və işgəncələrə məruz qalması haqda fikirlər tamamilə həqiqəti əks etdirməyən fikirlərdir”.
Ehsan Zahidov
Xatırladaq ki, Nizami Vəliyevin qətli fakt ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Musavat.com