Bu gün, 09:32
Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.
Sozcu.info-nun xarici KİV-ə istinadən xəbərinə görə, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. "Brodyaqa" ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.
2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb.
Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada "qara kassa" yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.
Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.