Anasını öldürən şəxsə hökm oxundu


 62  08.09.2022 19:39 A  A 

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərova hökm oxunub.

Sozcu.info xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə onun barəsində Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.

S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti