8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək, uzun illər zəkat, “cənnətdə torpaq” adıyla onlarla adamı aldadıb, onların pullarını, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.Sentyabrın 13-də hakim Eldar İsmayılovun sədrliyilə keçirilən məhkəmə iclasında bu işdə zərərçəkmiş kimi tanınan 40 nəfərdən biri – Samir Cəfərov dindirilib.O bildirib ki, 2012-ci ildən ibadətlə məşğul olmağa başlayıb, həmin ərəfədə qardaşı vasitəsilə Aqil Babayevi tanıyıb. Onun idarə etdiyi dini məclislərdə tez-tez iştirak edib. Samir Cəfərov deyir ki, onu “İmam Mehdi” kimi qəbul edib, biət eləyib.Samir Cəfərovun sözlərinə görə, o, bizneslə məşğuldur, aylıq 200 manat zəkat verirdi:“Bundan başqa, Tbilisi prospektində evimi satmışdım, ondan da vermişdim. Bizdən “pulun təmizlənməsi” adıyla da pul alırdı. 2014-cü ildə Emin Həsənovla şərik yaşayış binası tikirdik. İkinci və üçüncü mərtəbələrdə evlər istədi. Onların ümumi dəyəri 448 min manat eləyirdi. 210 min manat verdi, qalanı qaldı. Ümumilikdə 8 ev verildi ona. O binadakı evlərin hamısı ikiotaqlı idi. Bu, iki evi qatıb, bir geniş ev düzəltdirirdi. 8 evdən 4 ev düzəltdi. Sonra o evləri satdı. Əhmədlidə ayrıca ev tikdirdi, orada yaşamağa başladı…”
Samir Cəfərovun sözlərinə görə, Aqil Babayev həmin evlərdən borclu qaldığı 238 min manatı hələ də ödəməyib. O isə həmin binanı Emin Həsənovla şərik tikdiyinə görə, 238 minin 50 faizinin ona çatdığını, Aqil Babayevin təkcə evlərə görə ona 119 min borclu olduğunu deyir. O əlavə edib ki, Aqil Babayevə bu illər ərzində verdiyi başqa pulların da bir hissəsini nəzərə alaraq, hazırda ondan ümumilikdə 149 min manatını geri qaytarmağı tələb edir.“Düzdür, zəkatı könüllü vermişəm. Evləri ki könüllü verməmişəm… Ona verdiyim pullar məsələsində də məni aldadıb. Mən o pulları kasıb adamlara dolanışıq üçün vermişəm. Daha verməmişəm ki, bu adam özünə xərcləsin. Mən onu İmam Mehdi kimi qəbul eləmişəm, biət eləmişəm. Qardaşım da onun İmam Mehdi kimi qəbul eləyib”, – Samir Cəfərov bildirib.Onun dediyinə görə, 2016-cı ildən Aqil Babayev zəkat, fitrə pullarını yığmağı ona həvalə edib: “2016-cı ilin sonlarında məni çağırıb dedi ki, zəkat pulu yığmağı sənə həvalə edirəm. Adamlara da tapşırdı ki, bundan sonra pulları Samirə verin. Ayda minimum 10 min yığılırdı. Elə olurdu ki, 15-20 minə çatırdı. Hər ayın 15-i pulu yığıb Aqil Babayevə təhvil verirdim. Təxminən 7 nəfər vardı ki, aylıq mənə onlarla bağlı tapşırıq verirdi ki, kimə nə qədər verim. Qalan pulları özünə verirdim. Neynəyirdi o pulları, mən bilmirəm. Soruşmağa ixtiyarım yox idi. Hər ad günündə təkcə musiqiçilərə 10 min verirdik. Ona 100 minlik hədiyyə verirdik. İndiyə qədər toplanıb ona verilmiş pulları saysaq, 50-60 milyona gəlib çıxar”.Aqil Babayev növbəti məhkəmə iclasında Samir Cəfərovun ittihamlarına cavab verəcək. Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.O bildirib ki, “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən biri olub və oradakı payını, pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunub.Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib: “Mənim şikayətimi araşdırmaq əvəzinə özüm haqqında absurd cinayət işi başladılar”.
Dia.az