Bakıda restoranda dava düşüb, iki qardaş saxlanılıb


Bakıda restoranda dava düşüb.

Sozcu.info xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Şuşa qalası" restoranında qeydə alınıb.

Təbriz Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə gecə saat 23 radələrində ictimai qaydanı pozaraq Sirac Mustafayevə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetiriblər. Qardaşlar saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}