Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdir edərək pul tələb edən şəxs müəyyən olunub.
Bu barədə DİN-dən məlumat verilib. Xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib: "Araşdırmalar davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur".