“Polis 13 yaşlı qızı qısnamaya məruz qoyan şəxsdən 1000 manat alıb işi bağlayıb”


Salyanda 13 yaşlı qızın qısnamaya məruz qaldığı iddia olunub.

Sozcu.info xəbər verir ki, bu barədə ictimai fəal Sənay Yağmur sosial şəbəkə hesabında paylaşım edib.

“Salyan Rayonunda 42 yaşlı N.N 13 yaşlı məktəbli qızı davamlı şəkildə izləyərək qısnamaya məruz qoyub, maşına minməyə mərcbur edib. Uşaq hadisə ilə bağlı anasına məlumat verdikdən sonra polisə müraciət edilib və polis N.N-dən 1000 manat rüşvət alaraq işi bağlayıb”, - paylaşımda bildirilib.

İddialarla bağlı DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polis kapitanı Nizam Həmidov Yeniavaz.com-a bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da DİN-in “102” xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan RPŞ-də araşdırma aparılıb.

Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhi əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.

yeniavaz.com



Oxşar Xəbərlər

Xəbər lenti