8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Digər vəkil Səadət Seyidova bu iş üzrə əvvəlki qərarları ləğv edib, təkrar apellyasiya məhkəməsinə qaytaran Ali Məhkəmənin Plenum qərarına diqqət çəkib:
“Orada yazılıb ki, bu iş üzrə qərar vermiş hakimlər, dövlət ittihamçıları məsuliyyət daşımır. Qətiyyən doğru yanaşma deyil. Budəfəki apellyasiya məhkəməsində prokuror hökmün ləğv olunması haqda vəsatətini əsaslandıranda dedi ki, müdafiə hüquqları pozulub, işdəki sübutlar qanunsuz yollarla – işgəncə ilə əldə olunub. Bunu əvvəlki dövlət ittihamçıları, hakimlər görmürdü?”
Səlahiyyətli şəxslərin barəsində xüsusi qərar çıxarılması haqda vəsatət də təmin edilməyib.
Noyabrın 5-də haqqındakı cinayət işi yenidən istintaqa qaytarılan 11 nəfər bunlardır: Rauf Orucov, Sultan Zeydullayev, Emin Adilzadə, Natiq Əliyev, Əlizamin Quliyev, Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Atabəy Rəhimov, Mirpaşa Mehdiyev və Faiq Əhmədov.
Barəsindəki hökm ləğv edilən daha 8 nəfərin (7 nəfər və 1 nəfər ayrı-ayrılıqda) işinə noyabrın 10-da Tərtər və Gəncə Hərbi Məhkəməsində baxılacaq.
Azadliq.org