Ağsuda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən, ümumi çəkisi 1 tondan artıq olan 2763 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.



Oxşar Xəbərlər

Xəbər lenti