8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətəndaşları aldadaraq onların 1 milyon manat pulunu mənimsəməkdə ittiham olunan Rəşid Bayramov və Vüqar Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş üzrə toplanmış materiallar araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Sozcu.info xəbər verir ki, cinayət işi hakim Fərid Namazovun icraatındadır. Məhkəmənin hazırlıq iclası iyunun 14-nə təyin edilib.
Qeyd edək ki, Rəşid Bayramov və Vüqar Əliyev “Instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə külli miqdarda gəlir qazanacaqlarını vəd ediblər. Bu yolla vətəndaşların pullarını mənimsəyərək beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etmədən zərərçəkənləri aldadıblar. Müəyyən edilib ki, bu şəxslər sosial şəbəkədə “bayramoff_666” və “shahra_mmc” adlı profillər yaradaraq onlara müraciət edib pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. Özlərini etibarlı biznes tərəfdarları kimi göstərmək və bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədilə Rəşid Bayramov və Vüqar Əliyev səhifələrdə müxtəlif şirnikləndirici videolar yerləşdiriblər. Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradıblar. Bu yolla 100-dən artıq şəxsin pulunu ələ keçiriblər, əslində, beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etməyərək dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Onların bu yolla insanlara 1 milyon manata yaxın ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Rəşid Bayramov və Vüqar Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.