"Lotu Quli"nin qisasını almaq istəyən "qanuni oğru"ya hökm oxunub


Belarusun Minsk şəhər məhkəməsi "Saşa Kurşner" ləqəbli "qanuni oğru" Aleksandr Kurşnerov barəsində hökm çıxarıb.

Sozcu.info lent.az-a istinadən bildirir ki, məhkəmənin qərarı ilə o, 24 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli müəssisədə çəkəcək. 

Kurşnerov bir neçə ağır cinayətdə şübhəli bilinir. Məlumata görə, Kurşnerov yaxın dostu "Lotu Quli" ləqəbli Nadir Sələfovun qisasını almaq istəyirmiş. O, Qulinin qatillərinin öldürülməsi üçün killerlərə 700 min dollar pul vəd edib. Amma sui-qəsd cəhdi baş tutmayıb.

Killerlər yaxalanandan sonra sifarişçinin Aleksandr Kurşnerov olduğunu etiraf ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti