8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Hurriyyet.az-a verilən məlumata görə, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə kosntruksiya dəyişikliyi etməsi, başqa dövlətə məxsus saxta qeydiyyat nişanı taxması, qadağan olunmuş səs siqnallarından vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa monitorinqlər nəticəsində Elgün Lətifinin “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. şəxs barəsində HəminDYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E. Lətifi sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Hurriyyet.az