8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyul ayını 19-da Mingəçevir şəhər Prokurorluğunun binasından özünü ataraq intihar etdiyi bildirilən Turalə Aslanovanın valideynləri dünən adıçəkilən quruma dəvət olunublar.
Sozcu.info xəbər verir ki, bu barədə Globalinfo.az-a mərhumun atası Natiq Aslanov danışıb.
O bildirib ki, hazırda istintaq işi aparılır:
“Dünən prokurorluğa getmişdik. Dedilər ki, iş araşdırılır və istintaq dəqiq gedir. Hələ ki, biz də gözləyirik”.
Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilir. Ailəsi isə onun öldürüldüyündən şübhələnir.
Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi deyilir. Lakin valideynləri deyir ki, bu vəsaitin mənimsənilməsində başqa adamların əli var, Turalə bu işdə qurbandır.