Baş redaktor HƏBS EDİLDİ: Ordu haqqında yalan məlumat yayırmış - FOTO



Rusiyanın Xakasiya Respublikasının Abakan Şəhər Məhkəməsi “Novıy Fokus” jurnalının baş redaktoru Mixail Afanasyevi Milli Qvardiya haqqında yalan xəbər yaydığına görə 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Sozcu.info Rusiya mətbuatına istinadən xəbər verir ki, baş redaktor Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ("Rusiya Silahlı Qüvvələrinin istifadəsi haqqında bilərəkdən yalan məlumatların etibarlı məlumat adı altında ictimaiyyətə yayılması") ilə təqsirli bilinib. O, həmçinin cəzasını çəkdikdən sonra 2,5 il müddətinə jurnalist, redaksiya və ya nəşriyyat fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Afanasyevi nəşrin saytında və sosial şəbəkələrdə Xakasiya Respublikası Milli Qvardiyasının OMON və SOBR zabitlərinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirakı ilə bağlı bilərəkdən yalan məlumat yaymaqda ittiham edirlər. 2022-ci ilin aprelində o, FTB-nin regional şöbəsinin əməkdaşları tərəfindən saxlanıb, barəsində cinayət işi başlanıb.

WhatsApp Image 2023-09-07 at 11.02.29.jpeg (54 KB)

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti