8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını ölkəsinə təhvil verib.
Sozcu.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Türkiyə vətəndaşı Fayık Karaçöl həmin ölkədə qəsdən adam öldürməyə cəhd əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən beynəlxalq axtarışa verilib. Bu ilin iyul ayında o, ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Noyabrın 3-də təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.