8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun da 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Sozcu.info "Report"a istinadla xəbər verir ki bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib.
2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və s. əməllərdə ittiham olunur. Lakin heç biri özünü təqsirli bilmir.
Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.