7-05-2025, 17:45
28-04-2025, 21:13
27-04-2025, 16:04
25-04-2025, 15:54
25-04-2025, 15:51
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə reyd keçirib.
Sozcu.info “Qaynarinfo”ya istinadən məlumatına görə, dayanma-durma qaydasını pozan sürücülərə qarşı tədbir görən zaman bir nəfər DYP əməkdaşlarının xidmətinə müdaxilə edərək, “yazma, bunu burax” kimi ifadələr işlədərək, qanuni fəaliyyətə imkan verməyib və əl-qol hərəkətləri edib.
Hadisə polislər yolun ikinci sırasında saxlayan avtomobilləri cərimə edən zaman baş verib. Nəticədə 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş Elçin İbadov (ad-soyad şərti) saxlanılıb.
Məhkəmənin qərarı ilə həmin şəxs 150 manat məbləğində cərimə edilib.