Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Daşqın qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib - red.) qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, Daşqın arvadı Könülün dəfələrlə açıq-aşkar başqa kişilərlə yaxın münasibətdə olaraq xəyanət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.
O, yaşadığı evdə arvadını azyaşlı övladlarının gözləri qarşısında döyərək yerə yıxıb. Daha sonra ardıcıl şəkildə Könülün başını beton döşəməyə vurduqdan sonra mətbəxdə olan taxta masanı onun üzərinə atıb. Hadisə yerinə gəlmiş qayınanasının gözləri qarşısında Könülə daha bir neçə təpiklə zərbələr vurub.
Qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə təqsirli olduğunu bildirib. O, sinif yoldaşı və həmkəndlisi Ramalın ona yaxınlaşaraq arvadı Könülün özünü kənddə şübhəli apardığını, başqa kişilərlə münasibət saxladığını dediyini söyləyib: "Dostum mənə ayıq olmağı məsləhət gördü. Bundan sonra arvadımı izləməyə başladım. Həmin vaxt arvadım kənddə bağda fərdi meyvə yığımı ilə məşğul olurdu. Səhər işə gedib, axşam evə qayıdırdı.
Bir neçə gün sonra evdə olduğum zaman Könülün bir kişi ilə telefonda danışdığını tutdum. Ondan kiminlə danışdığını soruşdum. Açıq şəkildə kişi ilə danışdığını bildirdi və "ya ikiniz, ya da heç biriniz" deyərək onun başqaları ilə münasibət saxlamağıma göz yummağımı istədi. Bu hərəkətlərindən qəzəblənərək evdə onu döydüm".
Təqsirləndirilən şəxs qeyd edib ki, Könül ondan polisə şikayət edib və Xaçmaz Rayon Məhkəməsi tərəfindən 20 gün inzibati qaydada həbs edilib: "Həbsdən çıxdıqdan sonra evə qayıtdım. Könül yenidən öz çirkin əməllərindən əl çəkmədi. Hətta bir gün gecə yuxudan oyandıqda onun evdə olmadığını gördüm. Səhərə kimi gözlədim.
Səhər saat 6-da arvadım evə gələndə harada olduğunu soruşdum, "əcəb elədiyini" dedi. Uşaqlarımı düşündüyüm üçün Könüldən boşanmadım. Nə vaxtsa peşman olaraq düz yola qayıdacağını düşündüm. Bu barədə dəfələrlə Könülün atası Səmədə danışdım. Lakin heç bir nəticəsi olmadı, çünki qaynatam və qayınlarım Könülün tərəfini saxlayaraq ona heç bir söz demədilər"
Daşqının sözlərinə görə, arvadı Könülün gecələr evdən getməsi adət halını almışdı və o, artıq nə edəcəyini bilmirdi: "Kənd camaatından xəbər aldım ki, arvadım Xudat şəhərində "qaraçılar məhəlləsi" deyilən yerdə yaşayan Adil adlı bir kişi ilə görüşür. Mən Adili taparaq onunla Könülün arasında olan münasib
Adil mənə açıq-aydın Könül ilə intim münasibətdə olduğunu bildirdi. Barəsində polisə şikayət etdikdən sonra daha Könül ilə görüşmədi. Bir müddət arvadım özünü normal apardı, onu kiminləsə danışan görmədim. Daha düz yola qayıtdığını düşündüm".
Daşqın qeyd edib ki, növbəti günlərdə yaşadığı evin qarşısında boz rəngli "Mercedes" markalı, nömrəsini xatırlamadığı avtomobilin saxlandığını görüb:
"Arxa qapıdan Könül düşüb evə girdi. Küsülü olduğumuz üçün ona bir söz demədim. Könül demək olar ki, hər axşam həmin avtomobillə evə gəlirdi. Artıq qonşular arasında biabır olmuşdum, kənddə məni lağa qoyurdular. Küçədə mənə söz atırdılar. Artıq nə edəcəyimi bilmirdim.
Bütün bunlardan bezərək Könülü öldürmək qərarına gəldim. Buna görə də evdə onun işdən gəlməsini gözlədim. Söz-söhbətə birdəfəlik son qoymağı qərara aldım".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, evdə tək 250 qram araq içib: "Axşam Könül işdən evə gəldi. Həmin vaxt iş yerində işçilərə ayrılmış "QAZel" markalı avtomobillə gəlmişdi. O, evə daxil olduqdan sonra mətbəxdə onun sifət nahiyəsinə şillə ilə vuraraq yerə yıxdım. Sonra sağ ayağımla təpikləməyə başladım. Sağ ayağımın altı ilə yuxarıdan-aşağı istiqamətdə onun baş və qarın nahilərinə təxminən 7-8 güclü zərbələr vurdum.
Səs-küyə evdə olan uşaqlarım Elçin və Günay gəldi. Oğlum məni tutaraq anasını qorumağa çalışdı. Mən isə sağ əlimlə Elçinin boğaz nahiyəsindən tutaraq kənara itələdim. Bundan sonra uşaqlar qorxaraq çölə çıxdılar. Hirsim soyumadığı üçün mətbəxdə olan masanı çevirərək ölməsi üçün Könülün üstünə atdım. Arvadımın hərəkətsiz qalaraq tərpənmədiyini gördükdə öldüyünü düşündüm və daha onu vurmadım.
Səs-küyə qonşularımız Valeh və Səmayə gəldilər. Bir qədər sonra isə Könülün valideynləri də bizə gəldilər. Könülün anası ilə mübahisələrimiz yarandı. Çünki xəyanətlə bağlı onun valideynlərinə dəfələrlə bildirmişəm. Lakin heç bir xeyri olmamışdı. Qayınanama "bilmirdiniz ki, axırı belə olacaq" dedim. Könülə anasının yanında yenidən təpiklə onun qabırğalarından vurdum.
Polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Şöbədə izahatımı alıb evə buraxdılar. Evdə heç kəs yox idi. Qonşulardan öyrəndim ki, Könülün valideynləri uşaqları da götürərək gediblər.
Növbəti günlərdə evdə olduğum zaman polis əməkdaşları gəlib məni Xudat Polis Bölməsinə apardılar. Orada Könülün xəstəxanada öldüyünü bildirdilər.
Cinayət işi üzrə zərərçəkmiş Könülün hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum qızı 2005-ci ildə Daşqınla ailə qurub: "Həmin nikahdan onların iki övladı var".
"Daşqın son illər spirtli içkiyə qurşandığından ailəsində söz-söhbət yaratmağa başladı. Hətta bir neçə dəfə qızımı döymüşdü. Bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparıldı, məhkəmənin qərarı ilə ona 20 gün inzibati həbs verildi. Lakin yenə də evdə heç bir səbəb olmadan sərxoş vəziyyətdə dava-dalaş salırdı. Mən özüm də bununla bağlı Daşqınla söhbət etmişəm. Bir böyük kimi ona öz məsləhətlərimi vermişəm. Lakin Daşqın yenə öz əməllərindən əl çəkmədi.
Hadisə günü saat 19 radələrində evdə olan zaman nəvəm mənə zəng vurdu, "atam anamı döyüb öldürür" deyə bizi köməyə çağırdı. Arvadımla dərhal qızımgilə getdim. Oraya çatdıqda qızımın yaşadığı evin mətbəx otağında beli üstə yerdə uzandığını, huşunun yerində olmadığını, ağzından, burnundan və qulaqlarından qan axdığını gördük. Otaq dağınıq vəziyyətdə idi, yerdə sınmış stə
Daşqın sərxoş vəziyyərdə yaşadığı evin həyətində idi.
Mən dərhal "102" xidmətinə məlumat verdim və təcili tibbi yardım xidməti çağırdım. Onlar gələnə kimi arvadım vaxt itirməmək üçün Könülün üzərindən paltarlarını çıxardı. Çox keçmədən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti gəldi.
Könülü xəstəxanaya apardıq, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəbul olundu. Bir neçə gün orada koma vəziyyətində qaldı və vəfat etdi".
İş üzrə Könülün intim münasibətdə olduğu Adil də ifadə verib. O, ifadəsində göstərib ki, əri tərəfindən döyülərək öldürülən Könülü tanıyıb: "Onunla əvvəllər münasibətlərimiz olub. Lakin Könülün evli olduğunu bilməmişəm, mənə ərindən boşandığını deyib. Cəmi 1-2 dəfə görüşmüşük.
Sonradan Daşqın adlı şəxs Xudat şəhəri ərazisində mənə yaxınlaşaraq Könüllə nə münasibətimin olduğunu soruşdu. Ona aramızda yaxın münasibət olduğunu bildirdim.
Daşqın Könülün əri olduğunu deyəndə əvvəlcə inanmadım. Çünki həmin vaxta qədər Könülün evli olduğunu bilməmişəm. Daşqına bunu izah etməyə çalışsam da, sərxoş olduğundan aqressiv danışdı. Məndən polisə şikayət edəcəyini deyərək getdi.
Təxminən 2-3 gün sonra məni Xudat Polis Bölməsinə dəvət etdikdə məlum oldu ki, Daşqın barəmdə polisə şikayət edib. Polis bölməsində izahat verdikdən sonra evimə getdim. Könülün evli olduğunu bildikdən sonra onunla bir daha görüşmədim".
Məhkəmənin hökmü ilə Daşqın 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini və ona daha aşağı həddə cəza təyin olunmasını xahiş edib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər sonda qərar elan ediblər. Məhkəmə təqsirləndirilən şəxsin şikayətini haqlı hesab etməyib. Bu səbəbdən onun barəsində verilən hökm qüvvədə saxlanılıb.