Evindən cəmi 2 dollar tapıblar - 16 il həbs verilən azərbaycanlının son sözü


Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi hərbi komissarlığın iş qrafikinin fotosunu çəkən 23 yaşlı azərbaycanlı tələbə İbrahim Orucova 16 il həbs cəzası verbarədə məlumat vermişdik.

İbrahim Belqorod Dövlət Universitetində Beynəlxalq Münasibətlər fakültəsinin 4-cü kursunda tərcüməçi ixtisası üzrə təhsil alıb, eyni anda ingilis, fransız və ispan dilinin öyrənib. Lakin ötən il İbrahim Moskvaya qayıtmaq və valideynlərinə maddi yardım etmək üçün universitetdən akademik məzuniyyət götürməli olub.O, Moskvada qeydiyyata düşmək istədiyi hərbi komissarlığın iş qrafikinin şəklini çəkdiyinə görə 16 il həbs cəzası alıb, onun üçünü həbsdə, qalanını isə ciddi rejimli koloniyada keçirməli olacaq. İstintaq Komitəsinin məlumatına görə, İbrahimin telefonunda "partlayıcı maddələr haqqında məlumat kitabçası”, "Molotov kokteyli” yandırıcısına dair qeydlər aşkar edilib.

Musavat.com "Novaya vremya”ya istinadən xəbər verir ki, Qərb Dairə Hərbi Məhkəməsinin hakimləri - Yevgeni Zubov, Konstantin Repet, sədrlik edən İqor Nikitçukuna hökmü elan etmək üçün isə beş dəqiqədən az vaxt lazım olub.

İbrahim əlləri arxada sıxılmış, əli qandallı məhkəmə "akvarium”unda hökmü sakit çəkildə dinləyib.

Hökmdən bəlli olub ki, İbrahimin evində axtarış zamanı cəmi 2 ABŞ dolları tapıblar. Məhkəmə bu pulun sahibinə qaytarılması barədə qərar verib. Anası isə deyiblər ki, təxminən 20 min rubl dəyərində saatı da müsadirə ediblər, amma hökm oxunarkən onun taleyi müəmmalı qalıb. "Söhbət pulda deyil, amma oğlumun saatını qaytarsınlar. Bu, onun üçün, ona görə də mənim üçün dəyərlidir. Həm də o saata baxıb onu gözləyəcəm - bütün bu illər...”" deyə, anası qəzəblənib.

İbrahimi dəstəkləməyə anası ilə yanaşı, özündən iki yaş kiçik bacısı Məryəm, bir neçə il eyni idman məktəbində oxuduğu uşaqlıq dostu, eləcə də nişanlısı gəlib. O, istintaq müddətində müstəntiqin icazəsi ilə təcridxanada İbrahimlə görüşüb. Nəşr yazır ki, Məryəm hökm elan olunarkən özünü saxlayıb, amma sonra hönkürüb.

 

 

İbrahim son sözündə bunları deyib: "Mən özümü günahkar saymıram. Mən ittihamı onun nəticəsi hesab edirəm ki, görünür, məmurlar öz mövqelərinin girovu olub, hansısa əməlləri həyata keçirmək məcburiyyətindədirlər. Necə saxlandığımın ümumi mahiyyətini, hansı çirkin oyunlardan istifadə etdiyini nəzərə alaraq, bütün müraciətlərimdən sonra (Orucev məhkəmədə dindirilərkən bildirdi ki, həbs olunan gün təhlükəsizlik qüvvələri tərəfindən işgəncələr tətbiq edilib. onu cinayəti etiraf olunması tələb ediblər) Baş Prokurorluqda baxılıb, lakin istintaq orqanları bu məsələ ilə bağlı yekun qərar qəbul etməyiblər. Ona görə də bu gün məni qəti şəkildə günahkar saymaq olmaz. Bu mənim mövqeyimdir. Mənə müvafiq olaraq bəraət verilməsini xahiş edirəm. Tamamilə, bütün epizodlar üçün. Bütün maddi sübutları tam şəkildə ailəmə qaytarın...”

Onun atası haqda məlumatlar azdır. Bilinən odur ki, Mübariz Orucov əlildir və ailəsi ilə yaşamır.



Oxşar Xəbərlər

Xəbər lenti