Azərbaycanda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirdi


Samuxda oğul atasına balta ilə xəsarət yetirib.

Sozcu.info xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)



Oxşar Xəbərlər

Xəbər lenti