Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Günel Səfərova da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub.
Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir.
Qeyd edək ki, 2021–2023-cü illər ərzində ETN yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların sosial qiymətləndirilməsi” layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.
Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.
O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.