Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.
Hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Əliyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü Maşallah Əliyev saxlanılıb.
Bildirilir ki, iki övlad anası olan qadın uşaqların evdə olduğu zaman evdə bıçaqlanıb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. \\Report.Az