17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
4-03-2026, 17:13
Məlumata görə, hadisənin əsasında Aleyna Kalaycıoğlu ilə keçmiş sevgilisi Vahap Canbay arasında yaşanan şəxsi gərginlik dayanır. Bildirilir ki, tərəflər hadisə günü görüşmək qərarına gəlib və bu görüş zamanı aralarında mübahisə yaranıb.
İlkin məlumatlara əsasən, mübahisə qısa müddətdə gərginləşərək silahlı insidentə çevrilib. Hadisə yerində atəş açıldığı və bir nəfərin yaralandığı iddia olunur, lakin bu məlumatlar hələ rəsmi təsdiqini tapmayıb.
Aleyna Kalaycıoğlu ifadəsində hadisə yerində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, atəş açıldıqdan sonra kiminsə vurulduğundan xəbəri olmayıb. O, özünə qarşı irəli sürülən “sifarişçi” ittihamını da qəti şəkildə rədd edib.
Bundan əlavə, Kalaycıoğlu bildirib ki, hadisədən sonra Alaattin Kadayıfçıoğlunun olduğu avtomobildən düşərək yol üzərində həmin şəxslərdən ayrılıb.
Musavat.com