8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır.
Məhkəmədən "Amerikanın Səsi”nə verilən məlumata görə işə hakim Eldar İsmayılov sədrlik edəcək.Məhkəmənin hazırlıq iclası isə yanvarın 5-nə saat 15:00 təyin edilib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun üzvü Rasim Əliyev avqustun 8-dəfutbolçu C. Hüseynovun qohumları tərəfindən döyülüb. O,Ağır xəsarət alan jurnalist 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir gündən sonra vəfat edib.
Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata görə, Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.
Bir müddət əvvəl isə jurnalistin valideynləri prezidentə müraciət edib.