10 yaşlı qızdan AĞLASIĞMAZ ƏMƏLLƏR: zorlandı, qatil oldu, adamyeyənə çevrildi, sonra... - FOTO/VİDEO

10 yaşlı qızdan AĞLASIĞMAZ ƏMƏLLƏR: zorlandı, qatil oldu, adamyeyənə çevrildi, sonra... - FOTO/VİDEO

 

Rusiyanın Leninqrad vilayətində 22 yaşlı Arkadi Zverevə qətl və hannibalizm üzrə ittiham elan olunub.

Sozcu.info  xəbər verir ki, istintaqın versiyasına görə, Zverev 21 yaşlı kişini bıçaqla doğrayıb və sonra yemək üçün onun bədənini hissələrə parçalayıb.

Adamyeyənə Soçidə evdən qaçmış 12 yaşlı qızın kömək etdiyi bildirilir. Zverevin həddi-buluğa çatmamış "iş yoldaşı”nın öz cinayətini etiraf etməsinə baxmayaraq, onun adı cinayət işində şahid kimi keçir. Çünki Rusiyada cinayət məsuliyyəti 14 yaşından yaranır.

Məlum olub ki, qız Soçidə sentyabrın 23-də evdən qaçıb. Onun anası polisə qızın itməsi haqqında məlumat verib. Azyaşlının sözlərinə görə, ana seks-xidmətləri sahəsində məşğul olurdu və buna görə də anasının himayəsi olmadan böyüyüb.

Məktəbli qız həmçinin danışıb ki, 10 yaşında olarkən zorlanıb və sonra onu zorlayan şəxsi daşla vuraraq ilk qətlini törədib. Qızın sözlərinə görə, o, tüfeyli həyata meyillidir və bu, onun Soçidə evdən ilk qaçışı deyil.

"O, Sankt-Peterburqa cari ilin sentyabrın sonunda Altay diyarının 22 yaşlı sakini ilə birlikdə gəldi. Onlar hələ gələcək qurbanı ilə tanış olmadan əvvəl şəhərin küçələrində dolaşır, müxtəlif yerlərdə gecələyirdilər. Nəhayət, gələcək qurban Leninqrad vilayətinin Kirov rayonunda onlara evində yaşamağı təklif edib”, - Rusiyanın İstintaq Komitəsindən bildiriblər.

Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum insanları mənzilinə tez-tez dəvət edirdi.

Qətl Zverev və azyaşlının yeni tanışının evində qaldığı ikinci gecə - oktyabrın 3-də törədilir. Həmin gecə mənzilin 21 yaşlı sahibi və onun qonaqları arasında dava baş verir. Davanın gedişatında Zverev ev sahibinin bədənin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi endirir. Sonra isə həlak olmuş kişinin bədənini bir neçə hissəyə ayırıblar. Hüquq-mühafizə orqanları hesab edir ki, qətldə və sonra prosesdə 12 yaşlı məktəbli qız da iştirak edib.

Polis faciədən növbəti səhər xəbər tutub. Qonşular evin pəncərindən qatı tüstünün yayıldığını, daha sonra isə oradan kişi və yeniyetmənin çıxdığını görüblər. Hadisə yerinə gəlmiş tədqiqatçılar döş qəfəsi, ürək və qarın nahiyəsindən ət parçalarının götürüldüyü bədəni aşkar ediblər. "RİA-Novosti” agentliyinin güc strukturlarındakı mənbə bildirib ki, meyitin başı ayrı yerdə - peçdə tapılıb.

Rusiya KİV-inin yazdığına görə, şübhəli şəxslər ispan rejissoru Manuel Martin Kuenkinin "Adamyeyən” filmindəki qətl səhnəsini təkrarlayıblar. Öldürülmüş gənc adam ölümdən əvvəl kinolenti sosial şəbəkəsindəki səhifəyə əlavə etmişdi.

Qız cinayətə görə peşman deyil. O, cinayət ortağı ilə cinsi münasibətlərdə olduğunu etiraf edib. İndi, qətldən başqa, Zverev həddi-buluğa çatmamış şəxslə seksual əlaqələrdə ittiham olunacaq.

KİV həmçinin bildirib ki, həkimlər 12 yaşlı məktəbli qızda şizofreniyanın əlamətlərini müşahidə ediblər. Mütəxəssislər əmindirlər ki, pasiyentdə beyinin orqanik zədəsi var və buna görə də onu buraxmaq təhlükəlidir.


 
 


Oxşar Xəbərlər

Xəbər lenti