Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi - ŞOK HADİSƏ

Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi - ŞOK HADİSƏ

 

Göygöl rayonunda silahlı insident olub.

Hüquq-mühafizə orqanlarından əldə olunduğu məlumata görə, Göygöl rayon Polis şöbəsinin Sarısı bölməsinin əməkdaşı Hüseynov Vüsal Mürsəl oğlu ərazidə gəzinti apararkən oğurluq edən 2 nəfəri müəyyənləşdirib. O, həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün yaxınlaşıb. Bu zaman oğurluğa cəhd edən şəxslər başı qotazlı çomaqlarla polis əməkdaşına vurmağa başlayıblar. V.Hüseynovun yerə yıxıldığını görən şəxslərdən biri bıçaqla ona hücum edərək öldürməyə çalışıb. Bunu görən polis əməkdaşı üzərindəki xidməti silahdan 8 dəfə havaya atəş açıb. Ona bıçaqla zərbələr endirmək istəyən şəxsin fikrindən daşınmadığını görən polis daha sonra həmin şəxsin dağ və sol ayaqlarına 3 dəfə atəş açıb.

Atəş səsinə gələn şəxslərin köməkliyi ilə müxtəlif dərəcəli xəsarətlər almış Vüsal Hüseynov və güllə xəsarətləri almış şəxs xəstəxanaya aparılıb.

Məlum olub ki, oğurluqla məşğul olan və xidməti vəzifə başında olan polisə hücum edən şəxslər 1964-cü il təvəllüdlü Miriyev İnşallah Əşrəf oğlu və 1974-cü ildə anadan olmuş Hümbətov Şaiq Hümbət oğludur.

Ayağından güllə xəsarətləri alan İ.Miriyein vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

****

10:59

 

Daxili İşlər Nazirliyi Göygöldə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 25-də saat 19 radələrində Göygöl rayonunun Qarabulaq kəndinin meşə zolağının meşəbəyisi Rayon Polis Şöbəsinə zəng edərək 2 naməlum şəxsin həmin ərazidən sakinlərə məxsus mal-qaranı oğurlamağa cəhd göstərdiyini bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Qarabulaq kəndi ərazisində xidmət aparan Sarısu Polis Bölməsinin əməkdaşı kənd sakini Saleh Məmmədovla birgə həmin şəxsləri saxlayarkən onlar polis əməkdaşına və S.Məmmədova dəyənəklə xəsarət yetirib, bıçaqla hücum ediblər.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşı "Makarov” markalı xidməti tabel silahından xəbərdarlıq məqsədilə havaya bir neçə atəş açıb. Lakin həmin şəxslər hüquqazidd əməllərini davam etdirdiklərindən və bıçaqla ciddi müqavimət göstərdiklərindən polis əməkdaşı təkrar atəş açaraq onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirmək məcburiyyətində qalıb.

Hadisə yerinə gəlmiş digər əməkdaşların köməkliyi ilə həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Yevlax rayon sakini İnşallah Miriyev (xəsarət alan) və Ağcabədi rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Hümbətov olduqları müəyyən edilib.

Polis əməkdaşı, S.Məmmədov, habelə İ.Miriyev xəstəxanaya yerləşdirilib, V.Hüseynova və S.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti