Azərbaycan Prezidenti:
Bütün dünya bizim Zəfərimizi qəbul edir
“At ili” nələr vəd edir?
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni illə bağlı PAYLAŞIM - FOTO
Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı
Azərbaycanda cərimələr 10 dəfə artırlır-
Milli Məclis
Deputatlar Prezidenti və Birinci xanımı təbrik etdilər
Parlament tətilə getdi
Nəriman Həsənzadənin SON DURUMU
Elxan İbrahimov özəl şirkətlərdən pul yığırmış -
100-200 min manat
Başçısız qalan Nəsimi rayonunda "vandal söküntü" terroru davam edir -
VİDEO
Türkiyə şirması raşizmin xidmətində
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ağ Ev Ermənistana niyə Azərbaycan və Türkiyəni işarə edir:
Rəsmi İrəvan çaşqınlıq keçirsə də, "od və su arasında" qalıb
Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyəyə qarşı təzyiq xahiş etsə də, ABŞ gözlənilməz tələb irəli sürdü; Ağ Ev Rusiyadan qopmağa çalışdığı Ermənistana "təzyiq variantını unut
, dostlaş..." mesajı verdi və yeganə "xilas qapısı"nı göstərdi...
Ermənistanda siyasi böhran dərinləşməkdə davam edir. Siyasi rəqiblər hakimiyyət uğrunda mübarizəyə hərbi alətləri də əlavə etməyə başlayıblar. Və bu, Ermənistana vətəndaş müharibəsi təhlükəsi vəd edir.
Əlbəttə, Ermənistanda hakimiyyət çevrilişinin törədilməsində maraqlı xarici qüvvələr olmamış deyil. Ancaq bu düşmən ölkədə vətəndaş müharibəsinin baş verməsi region dövlətlərinə, eləcə də bölgədə maraqları olan heç bir beynəlxalq siyasi iradə mərkəzinə sərfəli deyil. Hətta Rusiya belə, "İsgəndər partlamır" deyən baş nazir Nikol Paşinyanın devrilməsinin Ermənistanda vətəndaş müharibəsinə yol aça biləcəyindən narahatdır.
Təbii ki, belə vəziyyətdə Ermənistanda cərəyan edən hakimiyyət uğrunda cəkişməyə kənar müdaxilə qaçılmaz xarakter daşıyır. Belə ki, ABŞ və Qərbin bu prosesə birbaşa müdaxilə etdiyi inkaredilməz reallıqdır. Hər halda, "İsgəndər partlamır" açıqlaması ilə Ağ Evin Kremlin qəzəbinə tuş gəlmiş baş nazir Nikol Paşinyana qarşı çıxan Rusiyapərəst erməni generalitetinə açıq mətnlə "həddinizi bilin" mesajını verdi. Və bununla da, Paşinyan hakimiyyətini "ipin ağzı"ndan ala bildi.
Belə anlaşılır ki, bundan sonra baş nazir Nikol Paşinyanın kütləvi aksiyalarla və ya hərbi zorakılıq ilə devrilməsi o qədər də asan olmayacaq. Ağ Evin bu mesajı Paşinyan hakimiyyətini qorumaqla yanaşı, Bayden administrasiyasının Cənubi Qafqazda cərəyan edən proseslərə ilk ciddi müdaxiləsi kimi də dəyərləndirilə bilər. Belə düşünmək olar ki, ABŞ və Qərb artıq bu regionda yenidən aktivləşməyə başlayıb.
Bu baxımdan, hesab etmək olar ki, yaxın vaxtlarda Cənubi Qafqazda Ağ Evin təsiri daha ciddi şəkildə hiss ediləcək. Ermənistanda bir çoxlarının əsas ümidləri də məhz ABŞ-ın bu regiona yenidən dönməsinə bağlıdır. Erməni siyasi dairələrində belə bir təsəvvür var ki, guya Bayden administrasiyası ABŞ-ın Cənubi Qafqazdakı hədəflərini istisnasız olaraq, Ermənistan üzərindən reallaşdırmağa çalışacaq. Bu isə öz növbəsində Ermənistanın 44 günlük savaşda itirdiklərinin əhəmiyyətli bir hissəsinin geri qaytarılmasına yol açacaq.
Ancaq Ağ Evin son davranışları bunun tam əksini göstərir. Belə ki, ABŞ və Qərb Cənubi Qafqazda daha etibarlı və dayanıqlı mövqelərə üstünlük verdiyi sezilir. Ermənistan isə bu tələblər qətiyyən cavab vermir.
Düzdür, Ağ Evin Paşinyan hakimiyyətini dəstəklədiyi inkaredilməz reallıqdır. Ancaq bu, Ermənistanın dəstəklənməsi anlamını daşıya bilməz. Çünki, hələ də Rusiyaya bağlı olan Ermənistan ABŞ maraqlarında yer ala bilməz. Bu baxımdan, Paşinyan hakimiyyətinin dəstəklənməsini daha çox Rusiyanın öz siyasi tör-töküntülərini yenidən hakimiyyətə qaytarmaq cəhdlərinə verilən operativ cavab kimi də dəyərləndirmək olar.
Onu da qeyd edək ki, son vaxtlar Ağ Evin Ermənistan ilə bağlı davranışları da bu ehtimala inandırıcı görüntülər verməkdədir. Belə ki, baş nazir Nikol Paşinyanın ABŞ-ın dövlət katibi Entoni Blinken ilə təmaslardan ümidverici nəticələr əldə edə bilməməsi də diqqətindən yayınmır. Və bu, rəsmi İrəvan üçün "soyuq duş" effekti yaradıb.
Məsələ ondadır ki, erməni baş nazir Ağ Ev təmsilçisinin diqqətini ABŞ-ın da yer aldığı ATƏT-ın Minsk Qrupu həmsədrlərinin iştirakı ilə sülh danışıqları prosesinin bərpasına çəkməyə çalışıb. Ancaq onun gözlədiyinin əksinə olaraq, ABŞ-ın dövlət katibi Ermənistana demokratiya və siyasi islahatlar sahəsində tam dəstək vəd edib. Ardınca isə ABŞ-ın Ermənistanda qanunun aliliyinin təmin edilməsi, korrupsiya ilə mübarizə, eləcə də, hüquq və polis sistemində islahatlar istiqamətində əməkdaşlığa hazır olduğunu vurğulayıb.
ABŞ dövlət katibinin bu mövqeyi Ağ Evin Rusiyanın təsiri altında olan Ermənistanla geopolitik əməkdaşlıqda maraqlı olmadığını göstərir. Ağ Ev üçün Kremlin təlimatlarına müqavimət göstərə biləcək Ermənistan daha məqbuldur. Çünki, Ağ Ev bundan sonra ABŞ-dan siyasi və maliyyə dəstəyi alan Ermənistanın Kremldən idarə olunmasına tolerant yanaşmağa qətiyyən həvəsli deyil.
Maraqlıdır ki, Ağ Ev son vaxtlar rəsmi İrəvana Kreml ilə məsafə saxlamağın, Qərblə daha fərqli məzmun və keyfiyyətdə münasibətlərin qurulması yollarını da öyrətməyə çalışır. Və Ağ Evin Ermənistana ayırdığı son qrantların əsas şərtlərinə və məqsədlərinə diqqət yetirdikdə bu, açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, ABŞ Dövlət Departamenti Ermənistan üçün yeni qrant layihəsi hazırlayıb. 900 min dollar məbləğində nəzərdə tutulan bu qrant layihəsində Rusiyanın Ermənistana öz təsir imkanlarını artırmaq həvəsinə düşdüyü indiki mərhələdə islahatların genişləndirilməsinin vacibliyi xüsusi olaraq, vurğulanır.
Göründüyü kimi, Ağ Ev Ermənistana açıq-aşkar "Rusiyadan uzaq dur" təlimatı verməyə cəhd göstərir. Yəni burada əsas məsələ Ermənistana hansısa məbləğdə qrantın verilməsi deyil. Əsas məqam odur ki, rəsmi İrəvana Rusiyanın for-postu və qeyri-rəsmi quberniyası olan Ermənistan istəmədiklərini anlatmağa çalışırlar.
Ancaq Ağ Ev rəsmi İrəvana sadəcə, "Rusiyadan uzaq dur" təlimatı verməklə kifayətlənmir. Əksinə, Kremldən uzaqlaşarkən, yaxınlaşmalı olduğu istiqaməti də açıq şəkildə göstərməyi unutmur. Və bu məqam ABŞ-ın yaxın gələcək üçün Cənubi Qafqaz siyasətinin hədəflərini təxmin etməyə imkan verir.
Məsələ ondadır ki, ABŞ Dövlət Departamenti Ermənistana ayırdığı daha bir qrant layihəsi ilə öz hədəflərini birmənalı şəkildə bəyan edib. Belə ki, 150 min dollarlıq bu layihənin əsas şərtləri sırasında Azərbaycan və Türkiyə ilə bağlı olduqca maraqlı məqamlar yer alır. Həmin şərtlərə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə təxirə salınmadan "dostluq münasibətlərinin qurulması"nın vacib olduğu xüsusi olaraq, vurğulanır.
Təbii ki, bu, ABŞ-ın yeni Cənubi Qafqaz siyasətinin əsas hədəflərini bir daha dəqiqləşdirmək imkanı verir. Belə ki, Ağ Evdə artıq Ermənistana siyasi və maliyyə dəstəyi verilməsinin rəsmi İrəvanı Kremlin təsir dairəsindən qoparılması üçün yetərli olmadığı qənaətinə gəliblər. Bu hədəfə çatmağın ən effektiv yolunun Ermənistanın maliyyə-iqtisadi cəhətdən güclü qonşuları - Azərbaycan və Türkiyə ilə yaxınlaşdırılmasından keçdiyini artıq birmənalı şəkildə anlayıblar. Çünki indiyə qədər Azərbaycan və Türkiyə ilə düşmənçilik mövqeyində olan Ermənistanın Rusiyaya itaət etməyə məhkum idi.
Ona görə də, yeganə çıxış yolu kimi bu düşmənçiliyi aradan qaldırılaraq, dostluq münasibətlərinin qurulacağı təqdirdə, Ermənistanın Rusiyadan uzaqlaşa biləcəyinə əmin olmağa başlayıblar. Hər halda, dostluq münasibətləri rəsmi İrəvanı hərbi təhlükədən ehtiyatlanaraq, Rusiyaya sığınmaq məcburiyyətindən xilas edə bilər. Üstəlik, normal münasibətlər şəraitində Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələrdən qazanacağı mənfəət də rəsmi İrəvan üçün olduqca cəlbedici görünə bilər. Bu haldasa, Ermənistanın Rusiyanın orbitində ilişib, qalmasına ehtiyac yaranmaz.
Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasının formulunu bu dəfə dəqiq müəyyən edə bilib. İlk addım kimi isə Ermənistana alternativ xilas yolu göstərilir. Yəni, rəsmi İrəvan Ağ Evdən Azərbaycan və Türkiyəyə qarşı ABŞ-ın təzyiq göstərməsini xahiş edir. Ancaq bunun qarşılığında Ağ Ev "Təzyiq variantını unut, Azərbaycan və Türkiyə ilə dostlaş..." deyərək, rəsmi İrəvanı taleyüklü seçim qarşısında buraxır.
Bu baxımdan, hesab etmək olar ki, Ağ Ev rəsmi İrəvana Ermənistanın "xilas qapısı" kimi Azərbaycan və Türkiyəni işarə edir. Ermənistan isə hazırda gözləmədiyi bu reallıq qarşısında çaşqınlıq keçirməkdədir. Yəni, rəsmi İrəvan taleyüklü seçim qarşısında olduğundan "od və su arasında" qalıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Oxşar Xəbərlər
“Paşinyan təxribat törətdi və Türkiyəyə…” -
Ermənistana göndərilən Türkiyə əsgərləri
Paşinyanı kim idarə edir?
“Ermənilər aprel döyüşlərində 500-dən çox itki verib” - Paşinyan sirləri niyə açır?
Xəbər lenti
Azərbaycan Prezidenti:
Bütün dünya bizim Zəfərimizi qəbul edir
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Şəmkirdə şəhər meydanında yolka yandı -
FOTO
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi
Qar yağacaq, yollar buz bağlayacaq -
XƏBƏRDARLIQ
“At ili” nələr vəd edir?
Səudiyyə ilə BƏƏ arasında böyük gərginlik:
ABŞ işə qarışır
"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni illə bağlı PAYLAŞIM - FOTO
Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı
FHN hava şəraiti və təhlükəsizlik ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Azərbaycanda cərimələr 10 dəfə artırlır-
Milli Məclis
Deputatlar Prezidenti və Birinci xanımı təbrik etdilər
Bu ailələrə şad xəbər -
Hər birinə 200 manat ödənildi
Parlament tətilə getdi
Yeni il günü Bakıya qar yağacaq? -
PROQNOZ
Nəriman Həsənzadənin SON DURUMU
SON DƏQİQƏ:
Pensiyalar ARTDI, gələn il 1 milyondan çox vətəndaş…
Qaz limiti bu tarixdə sıfırlanacaq -
RƏSMİ
Elxan İbrahimov özəl şirkətlərdən pul yığırmış -
100-200 min manat
Başçısız qalan Nəsimi rayonunda "vandal söküntü" terroru davam edir -
VİDEO
Türkiyə şirması raşizmin xidmətində
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Milli Azadlıq Mübarizəsindən Rəsmi Dövlət Bayramına Gedən Yol
Dünya Azərbaycanlılarının Həmrəyliyi Siyasətinin Tərkibində Türk Dünyasının Sarsılmaz Birliyi: “Bir Millət, İki Dövlət” Strategiyası
Vətən Müharibəsi: Milli Həmrəyliyin Şanlı Zəfər Sınağı və Birliyin Gücü
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Milli Mədəni İrs və Vətənpərvər Gənc Nəslin Diaspor Fəaliyyətindəki Rolu
Azərbaycan: Dünyadakı Bütün Soydaşlarımızın Güvən Yeri və Müqəddəs Milli Evi
Biraylıq icra başçısı olan Elxan İbrahimov kimdir?
Bu media subyektləri ilk dəfə 5 min manat dəstək alacaq -
FOTO
Prezident İlham Əliyev bu sazişi təsdiqlədi
"Aygün Kazımovaya dediyim söz yadıma düşəndə ölürəm" -
Röya Ayxan
Gələn ildən bu şəxslər də vergi ödəyəcək
Misir Mərdanovun yeni vəzifəsi məlum oldu -
RƏSMİ
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
Qaz limiti ilə bağlı VACİB AÇIQLAMA –
RƏSMİ
Fələstin - Qazzə testi, yaxut qaraçılığın ucalığı
-Xanəmir Telman oğlu yazır
Saat 10:00-da qaz kəsiləcək -
Bu ərazilərdə
İkinci əl maşınları 2026-da nə gözləyir? –
Qiymətlər BELƏ OLACAQ
Pensiya yaşı dəyişəcək -
Bu tarixdən...
Vaxtından əvvəl maaş alanlara mütəxəssislərdən vacib XƏBƏRDARLIQ
Azərbaycanda internet yenə bahalaşacaq -
Yeni qiymət belə olacaq
Azərbaycanda içki və siqaret istehsalı azalıb-
RƏSMİ
Qaz pulunu yarıbayarı azaldacaq: Yeni texnologiya -
FOTO
Sahil Babayevdən YENİ TƏYİNAT
Özünü şəhid xanımı kimi təqdim etdi:
22 min mənimsədi
Xatirə İslam sinə dekoltesi ilə diqqət çəkdi -
FOTOLAR
Bakıda müəllimlər 1088 manat maaş alırlar -
RƏSMİ
Yanvarın 1-dən qiymətlər artacaq? –
VACİB AÇIQLAMA
FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi-
FOTO
PRİZMA
Türkiyə şirması raşizmin xidmətində
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
SOSİAL
1
2
3
4
5
6
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi
Qar yağacaq, yollar buz bağlayacaq -
XƏBƏRDARLIQ
Səudiyyə ilə BƏƏ arasında böyük gərginlik:
ABŞ işə qarışır
"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN
FHN hava şəraiti və təhlükəsizlik ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ