Zelenski humanitar yardıma görə İlham Əliyevə təşəkkür edib
Afra ilk dəfə sevgilisi ilə görüntüləndi -
FOTO
Yunanıstan prezidenti və baş nazirindən İlham Əliyevə TƏBRİK
Bakıda bu məktəb BAĞLANDI -
Rəsmi AÇIQLAMA
40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“YAP HAKİMİYYƏTƏ UYĞUNLAŞDIRILDI” -
"Səlim Müslümov oğurladıqlarını qaytarmalıdır"
Ölkədə maraqlı və pozitiv proseslər müşahidə olunur. Yeni Azərbaycan Partiyası gözlənilmədən özünün növbəti qurultayını keçirdi, "köhnə qvardiya" partiya rəhbərliyindən uzaqlaşdırıldı, eləcə də yeni qüvvələr hakim partiya daxilində mühüm mövqelər əldə etdi. Həmçinin bir müddətdir korrupsiya əleyhinə mübarizə aparılır, bir sıra keçmiş məmurlar korrupsiya əməllərinə görə ya həbs olunur, ya da istintaqa çağırılır.
Sozcu.info bu mövzular ətrafında “Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi analitik
Mehman Əliyevlə
söhbətləşib.
Müsahibəni təqdim edirik:
- Mehman bəy, martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) özünün sayca VII qurultayını keçirdi, bir sıra dəyişikliklər baxımdan hakim partiyanın bu qurultayı əvvəlkilərdən fərqləndi. Qurultayın nəticələrini necə qiymətləndirirsiniz?
- Hakimiyyətdə kadr dəyişiklikləri gedir. Bu dəyişikliklər əsasən icra hakimiyyətini, məhkəmə hakimiyyətini və qanunverici hakimiyyəti əhatə edir. Bu baxımdan YAP-ın strukturu hakimiyyətin üç qanadında aparılan dəyişikliklərə uyğunlaşdırılır. YAP, həmişə hakimiyyətin ictimai platforması olub. Diqqət etsək görərik ki, hakim partiya heç zaman hakimiyyəti formalaşdırmayıb. Məsələn, Almaniyada hökuməti partiya formalaşdırır. Partiya seçkilərə gedir, parlament yolu ilə hakimiyyətə gəlir, hökumətini qurur və fəaliyyətə başlayır. Bizdə belə şey yoxdur. Əksinə, partiya hakimiyyətə xidmət edir. Hakimiyyət qərar verir ki, partiya hansı addım atmalıdır. Odur ki, partiyanı hakimiyyətə uyğunlaşdırmaq prosesi gedir. Hər halda mən bu cür görürəm.
- Bir sıra tanınmış şəxslər YAP rəhbərliyindən uzaqlaşdırıldı...
- Buna da normal yanaşmaq lazımdır. Onlar vurulmalı idilər. Əli Həsənov partiyanın heç bir strukturunda təmsilçilik hüququ qazana bilmədi. Onu hakimiyyətdən uzaqlaşdırıblar. Nə olmalı idi? Hələ son xəbərlərə görə, hansı vəziyyətdə olduğu da ortaya çıxıb.
Siyavuş Novruzov da onun bir tayı. Və ya Ramiz Mehdiyevin özü. Qurultaydan əvvəl, son dövrlər bu adamların çoxu vurulurdu. Bu halda onlar partiyada necə qala bilərdilər? Və ya niyə qalmalı idilər?
Nəzərə almaq lazımdır ki, partiyanın hakimiyyətə təsiri yoxdur. Mənim fikrimcə, bu hakimiyyət əlində bir platformadır. Lazım olanda kimisə pisləmək, tədbir keçirmək, aksiyalar təşkil etmək kimi işləri həyata keçirir. Məsələn, Xocalı soyqırımı günü abidənin önünə gül çələngi qoymaq lazımdır. Bu edilir. Partiyalar daxilində demokratik prinsiplər yoxdur axı. Siz indiyə qədər görmüsünüzmü partiya toplansın və belə qərar versin ki, filan yüksək çinli dövlət adamını növbəti iclasa dəvət edib ondan gördüyü işlər haqqında soruşulsun? Kommunist Partiyasında formal olsa da, partiya fəallarının qarşısına çıxıb deyirdilər ki, filan işləri görürük. Demokatik ölkələrdə partiyalar real təsirə malik olurlar. Əvvəl seçirlər, sonra da sual edirlər ki, nə işlə məşğul olursunuz.
- "Köhnələrin" vurulması hansı perspektivlər aça bilər?
- Yenilənmə, sözsüz ki, müsbət hadisədir. Bəzən deyirlər ki, uzun illər partiyanı Ramiz Mehdiyev idarə edib. Amma nəzərə almaq lazımdır ki, Mehdiyev partiyanı YAP-ın nümayəndəsi kimi idarə etməyib. Sadəcə Prezident Administrasiyasının başçısı kimi ora təsir imkanları olub. Vəzifəsini itirdikdən sonra faktiki təsirlərini də itirmiş olub.
YAP yarananda Siruz Təbrizli, Əli İnsanov və digər şəxslər ora cəmləşmişdi. Daha doğrusu “91-lər” adlandırılan partiya üzvləri. Onlar partiyaya toplaşdılar, sonda sədri hakimiyyətə gəldi. Onlar simalar idilər. Ondan sonra partiya oldu hakimiyyətin bir platforması.
- Korrupsiyaya qarşı mübarizə çərçivəsində bəzi keçmiş məmurlar saxlanıldı, bəzilərinin istintaqa dəvət olunduğu haqda məlumatlar yayıldı. Siz bu prosesi necə qiymətləndirirsiniz?
- Korrupsiyaya qarşı ciddi mübarizə olmalıdır. Sadəcə bizdə proses bir qədər fərqli aparılır. Məsələn, kimlərsə qaydaları pozub, yığdıqlarını gizlədib, xəbərsiz bunları edib və s. Bu səbəbdən həmin şəxsləri cəzalandırırlar. Çünki hər bir məmur bilir ki, o hara qədər gedə bilər. Əgər daha artığını edibsə, korrupsiya edərək böyük miqdarda mənimsəmə həyata keçiribsə, sözsüz ki, onu cəzalandırırlar. Mən bunu müşahidə edirəm. Hesab edirəm ki, korrupsiya ilə bağlı sistemli mübarizə getmir. Əlbəttə, bunu hərə bir formada təqdim edə bilər.
- Səlim Müslümov nazir vəzifəsindən çıxarıldıqdan bir neçə il sonra saxlanıldı. Əgər siz dediyiniz kimi olsaydı, onu dərhal cəzalandırmazdılarmı?...
- Yox, mən sizə deyim. Bildiyim qədər Səlim Müslümov vəzifəsindən çıxarıldıqdan sonra bu sahədə yoxlama işləri gedib. Yeni gələn komanda araşdırma aparıb. Ehtimal edirəm ki, bu yoxlamalar zamanı bəlli ola bilərdi ki, Səlim Müslümov nə qədər götürüb, nə qədər gizlədib və s. Yəni araşdırma zamanı baxıb görüblər ki, bu adam şəbəkə yaradaraq kifayət qədər oğurlayıb, aldadıb. Mən bunu misal kimi çəkirəm. Ona görə də deyiblər ki, bunu cəzalandırmaq lazımdır. Çünki əndazəni aşıb. Böyük ehtimalla indi də ondan etdiyinə görə cavablar istəyirlər, "silkələyirlər". Sözsüz ki, bu adam da oğurladıqlarını qaytarmalıdır.
- Korrupsiyaya qarşı mübarizə hansı formada getməlidir ki, hər kəs bundan razı qalsın?
- Əvvəla, hamı korrupsiyaya qarşı mübarizə aparmalıdır. Həm də elə hamı korrupsiyadan imtina etməlidir. Yoxsa, sən imtina edirsən, digəri davam etdirirsə, necə mübarizə gedə bilər? Bu halda mübarizədən söhbət gedə bilməz və olan mübarizənin də nəticəsi olmayacaq. Bir də var orta və aşağı səviyyədə korrupsiya ilə mübarizə. Bu ayrı məsələdir. Bizdə isə az qala hamı bu işlə məşğul olur. Korrupsiya nədir? Siyasi hakimiyyət və maliyyə sistemi. Yəni sən öz vəzifəndən, tutduğun siyasi postdan istifadə edərək pul qazanırsan. Bax, bu korrupsiyadır. İndi az qala bizim bütün məmurlar bununla məşğuldur. Baxın, bizim ayrılan vəsaitlər hansı firmalara ayrılır, hansı şirkətlər bu layihələri icra edirlər. Öz firmalarına, şirkətlərinə verirlər. Özlərinin maraqlarına uyğun qərarlar qəbul edirlər. Az qala bu, sistem halını alıb. Bunu dəyişmək üçün hamı bundan imtina etməlidir. Eləcə də oyun qaydaları dəyişməlidir.
- Yəni istək olsa, effektiv mübarizə aparmaq və nəticə əldə etmək mümkündür...
- Bu qeyri-müəyyən mövzudur. Buna gedəcəklərmi? Sistemi birdən-birə dəyişmək asan məsələ deyil. Onda başqa vəziyyət olmalıdır.
- Azərbaycanda Rusiyanın “5-ci kolonu” varmı, ümumiyyətlə bu barədə deyilənlər nə dərəcədə ciddi söhbətdir, varsa, nə dərəcədə təhlükəlidir?
- Olmağına var. Mən bəzən eşidirəm ki, onların təhlükəli olması haqda fikirlər səsləndirilir, yazılır. Ümumiyyətlə, hər hansı bir şəbəkə, toplumu bir araya gətirən hakimiyyətdir. Hakimiyyətdə olanda maliyyə resurslarına da sahib olmaq mümkündür. Məncə, problem budur. Niyə hakimiyyətdə olmaq istəyirlər? Əlbəttə, Azərbaycanı sıx olaraq Rusiyaya bağlamaqdan söhbət getmir. Mən hakimiyyətə, vəzifəyə ona görə gəlirəm ki, var-dövlət toplayım, dağıdım və s. Bu mənada mən həm də Rusiyanın dəstəyini alıram. Yəni Rusiya arxamda durur ki, bunu et. Mən də bunu edirəm. Əlbəttə, ola bilsin ki, Rusiyaya nəsə verirəm. Söhbət casuslardan getmir ki, onlar bir yerə toplaşıblar və sıx Rusiyaya xidmət etmək məqsədi var. Yox. Burada maraqlar məsələsi var. Məsələn, ABŞ bizdən -Azərbaycandan nə istəyir? Deyir demokratiya olsun, korrupsiya olmasın. Ona görə də bizim məmurlar ABŞ-ı və Avropanı sevmir. Sözsüz ki, gedib oradan evlər alırlar, övladlarını ora göndərirlər. Onlar üçün belə ölkələr yaşamaq üçün məqbuldur, amma pul qazanmaq, oğurlamaq, dağıtmağın mənbəyi buradadır. Rusiya da onu demir ki, gəl düzgün işlə, demokratiya qur və s. Əksinə, deyir dağıt və mənlə dost ol. Pulunu sərmayə kimi gətir qoy mənə. Belə imkanlar da yaradır.
- Bununla da düşürsən oyuna?
- İkitərəfli maraqlar var da. Söhbət maraqlardan gedir. Məsələn, deyirlər ki, Paşinyan Sorosun adamıdır və s. Baxın, Gürcüstanda hakimiyyətə gələnlər Sorosun uşaqları idi. "Sorosçu" deyəndə adətən qərb təşkilatarı və ya qeyri-hökumət təşkilatlarında çalışan uşaqlardan söhbət gedir. Yəni onlar qərb təşkilatları ilə işləyiblər, qrantlar alıblar və sonra da hakimiyyətə gəliblər. Yaxşı, bunlar gəlib Gürcüstanda dövləti dağıtdılar? Normal sistem qura bildilər. Qıraqdan çoxu az qala Gürcüstana baxıb paxıllıq da edir.
Sualın əvvəlinə gələrək qeyd edim ki, mən bu "kolon" adlandırılanların xüsusi təhlükəsini görmürəm. Əvvəla, indi Azərbaycan-Rusiya münasibətləri kifayət qədər normaldır, bir-birlərini başa düşür və maraqları nəzərə alırlar. İndi deməzdim ki, bu ciddi problemdir. Zənnimcə, əvvəl daha ciddi təhlükəli idilər. Üstəlik, getdikcə Türkiyə, Britaniya, ABŞ-ın rolu güclənir. Odur ki, “5-ci kolonun” gücü əvvəlki qədər deyil. Əsas məsələ odur ki, normal demokratik dövlətə doğru irəliləyək. Diqqət edin, bir zamanlar Gürcüstanda da kolon var idi. Nə oldu, bir şey edə bildilər? Əksinə, ondan da yaxşı oldu.
- Söhbət “Soros” və Paşinyandan düşmüşkən, siz onunla görüşmüsünüzmü, bu şəxsi yaxından tanıyırsınızmı?
- Bəli, Paşinyanı görmüşəm. Bir dəfə konfransda bir yerdə əyləşmişik. Ancaq yaxından təmasımız olmayıb. Paşinyan özünü çox sadə, qapalı aparırdı. O zaman deputat idi. Özünə qapanmış adam təsiri bağışlayırdı. Hamı ilə durub danışmaq, kontakta girmək, aktivlik göstərmək meyllərini müşahidə etməmişəm. Gəlib salam verərək əyləşdi. Səhv etmirəmsə, 2015-ci il idi. Gürcüstanda Cənubi Qafqazda media ilə bağlı tədbir keçirilirdi. Paşinyan da həmin konfransda məruzə ilə çıxış etdi. Amma ənənəvi tədbirlərdə onu heç vaxt görməmişdim. O zaman saqqal da saxlamırdı.
Oxşar Xəbərlər
YAP qurultaya hazırlaşır:
YAP ŞOK QƏRARLA QƏFİL QURULTAYA GEDİR! -
Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanladı
YAP-da QURULTAY:Siyasi Şura ləğv olundu, yeni qurum yaradıldı, Ramiz Mehdiyev, Əli Həsənov və Siyavuş Novruzov İH-dən uzaqlaşdırıldı
Xəbər lenti
Yuxu saatı tez-tez dəyişənlər üçün
Pis xəbər
Zelenski humanitar yardıma görə İlham Əliyevə təşəkkür edib
Afra ilk dəfə sevgilisi ilə görüntüləndi -
FOTO
Yunanıstan prezidenti və baş nazirindən İlham Əliyevə TƏBRİK
Bakıda bu məktəb BAĞLANDI -
Rəsmi AÇIQLAMA
40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Su içmək üçün -
Ən doğru vaxtlar
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vatsapla bağlı növbəti yenilik
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Yuxu saatı tez-tez dəyişənlər üçün
Pis xəbər
Su içmək üçün -
Ən doğru vaxtlar
Vatsapla bağlı növbəti yenilik
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı