Ermənistan ordusunun əsgəri özünü öldürüb – Cinayət işi qaldırılıb

Ermənistan ordusunun əsgəri özünü öldürüb –

 

Ermənistan əsgəri Şavarş Qalstyanın ölümü ilə bağlı cinayət işi açılıb.

Ermənistan baş hərbi istintaq idarəsindən verilən məlumata görə, Şavarş Qalstyanın meyiti yanvarın 25-i səhər saat 08:50 radələrində N saylı döyüş mövqeində aşkar edilib. Güllə onun çənəsindən dəyib. Faktla bağlı, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.

Həmçinin daha bir Ermənistan əsgəri Qurqen Sərksiyan yanvarın 16-da ağır yaralandığı bildirilir.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, o, silahla ehtiyatsız davranıb və nəticədə beynindən ağır güllə yarası alıb. Hərbi-tibbi idarənin rəisi, polkovnik Kamavor Xaçaturyan əsgərin ağır vəziyyətdə olduğunu deyir. Həmçinin 3 gün əvvəl cəbhə bölgəsində daha bir Ermənistan əsgərinin yaralandığı bildirilir. Müqavilə ilə xidmət edən Aleksey Avanesyan hərbi hospitala götürülüb və ayağı kəsilib. Ermənistan tərəfinin məlumatına görə, o, qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb.

Qeyd edək ki, Ermənistan tərəfi son vaxtlar təmas xəttində itkilərlə bağlı vaxtaşırı məlumatlar yayır.



Oxşar Xəbərlər

Xəbər lenti